Tahmini Okuma Süresi:
15 sa. 52 dk.
Sayfa Sayısı:
560
Basım Tarihi:
2013
Yayınevi:
Qanun Nəşriyyatı
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Yolçu
Puan vermedi·560 syf.··
2022 16. kitabı
·
36 günde okudu
·
Okunma: 17 Temmuz 2022 22:00
Salam kitab əhli. “Yolçu” haqqında fikirlərimi bölüşməmişdən öncə, qeyd edim ki, nədənsə yazarın kitablarını oxuyan çox az oxucu görürəm. Amma, çox istəyərdim bu əsəri ilə tanış olasınız. Bu romanı ərsəyə gətirmək üçün 30 ilini verib və məlum məsələdir ki, tarixi faktlardan istifadə edərək yazıb. Çox məhsuldar yazıçıdır və zəngin biliyi sayəsində belə maraqlı, tarixi şəxsiyyətlərin olduğu, real hadisələrə əsaslanan roman-səlnamə yazıb yaradıb. Əbdülrəhmanlının bir neçə romanları, hekayələri, povestləri və tərcümə olunmuş (xarici ədəbiyyat) kitabları var. O yazıçı, Publisisit, eyni zamanda, kinossenarist kimi də fəaliyyət göstərir.   Keçək romana. Yolçu romanı bir həyat hekayəsədir. Ömrünün 50 ilindən çoxunu yollara həsr etmiş, vətən niskilli Mirzə Yusifin həyat hekayəsi. 7 yaşında ailəsində baş verən bədbəxtçilik nəticəsində, Yusif yetim qalmış, Tiflisli Görgü ağanın (Qriqol Eliqulaşvili) himayəsinə sığınmış, daha sonar isə o ailənin köməyi ilə Parisə təhsil almağa gedib. Əslində, həyatının dönüm nöqtəsi də elə Parisə getməklə başlayır. Kitabın sonluğu mənə o qədər təsir etdi ki, göz yaşlarımı saxlaya bilmədim. Haqqını vermiş yazar. “Yolçu” tarixi səlnamədir və 18-ci əsri əhatə edir. Romanda Şah İsmayılın qurduğu Səfəvi xənadanın dağılması, az qala dünyanın yarısına sahib çıxan, özünü ikinci İsgəndər və Allahın kölgəsi adlandıran Nadir şahın hakimiyyət illəri, onun Əfşar imperiyasını yaratması, o illərdə baş verən döyüşlər, ölkələri fəth etməsi, dövlət quruculuğu işləri, məğlubiyyət və qələbələr, qorxu və iztirablar, satqınlıqlar, xəyanətlər, ermənilərin torpaq hay-həşirləri və bu kimi tarixi dövrü əhatə edən mövzular yer alıb. Təkcə Nadir şah yox, eyni zamanda həmin dövrün digər tarixi şəxsiyyətlərindən də söhbət açılır. Və bütün bu hadisələr ölkə-ölkə, diyar-diyar
Tarihi Roman
YolçuNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20135 okunma
9/10
·560 syf.··
Beğendi
·
2021 1263. kitabı
·
10 saatte okudu
·
Okunma: 23 Aralık 2021 19:05
Səyahətnamə tipli bir kitab olsa da, maraqlı idi. Hətta deyərdim ki, Oruc bəy Bayat haqqında olan kitabından daha maraqlı idi. Və təbii ki, Şərq ədəbiyyatı nümunəsini olduğunu unutmamaq lazımdır: təhkiyə və təsvirlər bol, hiss və düşüncələr az idi.
YolçuNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20135 okunma
Reklam

Yazar Hakkında

Nəriman ƏbdülrəhmanlıYazar · 8 kitap
1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən «Daşkəsən», «Sovet Gürcüstanı» qəzetlərində, «Kino» qəzeti və «Yeni filmlər» jurnalı redaksiyasında, C.Cabbarlı «Azərbaycanfilm» kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, «Hərbi bilik» jurnalında, «Lider» televiziyasında, «Ulduz» jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb.2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində çalışır.