Yaxud don Xuan de Persia -Oruc bəy Bayatın hekayati

Könül Elçisi

Nəriman Əbdülrəhmanlı
Tahmini Okuma Süresi:
12 sa. 42 dk.
Sayfa Sayısı:
448
Basım Tarihi:
2020
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952360011
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

9/10
·448 syf.··
Beğendi
·
2021 1262. kitabı
·
9 saatte okudu
·
Okunma: 22 Aralık 2021 18:29
Müəllifin daha əvvəllər sadəcə tərcümə etdiyi əsərləri oxusam da, bu dəfə məhz öz yazdığı kitabı oxudum. Tarixi əsər olaraq xarakterizə etmək olar, amma faktlardan daha çox xatirə ədəbiyyatı kimi düşünmək olar. Sıxıcı deyildi, maraqlı idi.
Könül ElçisiNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20206 okunma
7/10
·448 syf.··
2024 1. kitabı
Nə qədər oxuduğun, nə qədər tənqidi yazı, hermenvtikanın dərinliyinə varmağın əsas deyil… Bir romanı, bir hekayəni, bir şeiri təhlil edəndə, yaxud haqqında müəyyən şərhlər verərək söhbət açanda mütləq özündən bir damla ora qatırsan. Bunun səbəbi isə çox bəsitdir. Sən elə oxuduqlarında özünü görürsən. Özündən nələrisə görmək istəyirsən. Bəlkə, də elə oradakı sənin özünsən. Bax elə bir nəsnəni anlamğın özünü anlamağına dəlalət edir. Orada nə görürsən? Nədi səni incidən? Qorxuların? Arzuların? Ya? Könül elçisi - könlüm harada elçidir? Bu diyarda, o diyarda? Ya bu könül göyərçinidir, uçur-uçur, qonmur, elə hey uçur… O başda keçmişin, ailən, doğmaların… Bu başda istəklərin, arzuların, xəyalların - gələcəyin… Oruc bəy çox çalışdı, çox mücadilə verdi öz içi ilə, amma alınmadı, oğluna məktub yazdı “səni hamıdan çox sevən atan” deyə ona xitab etdi, amma içindəki keçmişi, doğmalarını bir kənara ata bilmədi. Oğlu məktubu oxudu. Atası çoxdan dünyada yox idi. Bəs bu könül hansı könül idi? Həqiqətən, öz yalnızlığı ilə səfarətin içində itib-batan bu böyük ürəkli, xəyalları olan bir adam idi, yoxsa bizim bilmədiyimiz kimsə idi? Həmişə oxuaynda “yekə bit yalnızlıq” ifadəsi başımda pərvaz edir. Elə bilirəm mənim özüməm Oruc bəy Bayat. Ya bu Səfəvilərin əcdadları ilə mənim əcadalarım çox yaxındı. Şəcərəyə baxdım, babamdan sordum, cavabı şübhələrimə əsas verdi. Di gəl, nə qədər oxuyursan, oxu, həmişə özünü görəcəksən, hər yerdə.
Könül ElçisiNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20206 okunma
Reklam

Yazar Hakkında

Nəriman ƏbdülrəhmanlıYazar · 8 kitap
1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən «Daşkəsən», «Sovet Gürcüstanı» qəzetlərində, «Kino» qəzeti və «Yeni filmlər» jurnalı redaksiyasında, C.Cabbarlı «Azərbaycanfilm» kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, «Hərbi bilik» jurnalında, «Lider» televiziyasında, «Ulduz» jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb.2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində çalışır.