Tahmini Okuma Süresi:
16 sa. 53 dk.
Sayfa Sayısı:
596
Basım Tarihi:
2017
Yayınevi:
Qanun Nəşriyyatı
ISBN:
9789952364002
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Şirazda solan gül...
9/10
·596 syf.··
Beğendi
·
2021 38. kitabı
·
23 günde okudu
·
Okunma: 30 Ekim 2021 20:35
Əsər 3 hissədən ibarətdir. Birinci hissə Şah I İsmayılın Səfəvi dövlətinin əsasını qoymasından vəfatına qədər olan dövrü, ikinci hissə Taclı Bəyimin (Taclı Bəyim Şah I İsmayılın həyat yoldaşı olmuşdur) səltənət naibəsi olduğu dövrü, üçüncü hissə isə Şah I Təhmasibin dövləti müstəqil şəkildə idarə etməyə başlamasından Taclı Bəyimin ölümünə qədər olan dövrü əhatə edir. Əsərə görə, Taclı bəyimin əsl adı Şahbikədir. Şah I İsmayılın sevimli həyat yoldaşı, sarayın şahbanusu, Şah I Təhmasibin anası olmuşdur (bununla bağlı tarixçilərin fikirləri ziddiyyətlidir). Əsərdə həm də o dövrün ən məşhur söz, xətt və nəqş ustalarından onların Səfəvi sarayı və bir-biri ilə kəsişən talelərindən bəhs olunur. Əsəri çox bəyəndim. Tarixi faktlar, gözəl ədəbi nümunələrlə zəngin bir kitab idi. Hökmdarlar arasındakı məktublaşmaların verilməsi diqqətəlayiq idi. Kim deyir ki, qılınc yarası sağalır, söz yarasısa sağalmır? Əslində, nə qılınc yarası sağalar, nə də söz yarası. Olsa-olsa, qılınc yarası qaynayır, bitişir, hovu çəkilir, ağrısı dinir, amma yerində gözlə görünən iz, bir də qəlbdə yara duyğusu qalır...
Tarih
TaclıNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20179 okunma
Reklam

Yazar Hakkında

Nəriman ƏbdülrəhmanlıYazar · 8 kitap
1958-ci il iyunun 3-də Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub. 1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən «Daşkəsən», «Sovet Gürcüstanı» qəzetlərində, «Kino» qəzeti və «Yeni filmlər» jurnalı redaksiyasında, C.Cabbarlı «Azərbaycanfilm» kinostudiyasının «Yaddaş» sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, «Hərbi bilik» jurnalında, «Lider» televiziyasında, «Ulduz» jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb.2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində çalışır.