Gönderi

304 syf.
·
Not rated
·
Read in 5 days
"səɴɪɴ ꜰᴀɴᴛᴀᴢɪʏᴀʟᴀʀıɴ səɴɪ öʟüᴍᴅəɴ xɪʟᴀs ᴇᴅɪʙ" Leyla adının mənası "gecə", "zərif və incə zanbaq" deməkdir. Fəqət müharibə özünün ən çılğın vaxtlarını doya-doya yaşamaq istəyən bu gənc qızın zərifliyini də, incəliyini də bir göz qırpımında məhv etdi. Müharibənin başlaması ilə Leyla həm uşaqlığını, həm gəncliyini, həm də ailə sevgisini itirdi, sanki birdən-birə böyüdü. 1992-1995-ci illər ərzində davam edən müharibə Bosniya serbləri ilə Bosniya müsəlmanları arasında gedirdi. Əslində, hər ailə bu savaşın onlardan yan keçməyəcəyini bilirdi, amma Leyla birdən-birə hər şeyini arxada buraxıb yeni həyata nə zaman və necə atıldığını belə başa düşmədi. Müharibənin gedişatı boyu Bosniyalı qızın olduğu müxtəlif mühitlər həm aurası, həm də iyrənc ruhlu insanları ilə seçilirdi. Oxuyarkən Rövşən Abdullaoğlunun "Relslər üzərində uzanmış adam" əsərini xatırladım. Adri ilə Leylanın taleləri onları Bosniya-Serbiya müharibəsində birləşdirir. Hər ikisi bu amansız mübarizənin qurbanı olmuş, həyat eşqini, gəncliklərini, sevinc və gülüşlərini geridə buraxmağa məcbur qalmışdılar. Leylanın bu qədər iztiraba dözə bilməsi əsl möcüzədir. Təəssüf ki, Leylanın qan donduran hekayəsi real hadisələrə əsaslanıb. İnsanlar necə zalım ola bilir? Bu zülmlərin səbəbi nədi? "Leyla" məndə dərin iz buraxacaq əsərlərdən oldu. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177.5k okunma
··
400 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.