Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

348 syf.
7/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Bu kitabı kitab müzakirəsi vasitəsi ilə oxudum. Kitab üz qabığında yazıldığı kimi Altsheymer xəstələri haqqında yazılmış romandır. Kitabda Layza Cenova ilə söhbət hissəsindən deyildiyi kimi yazıçı bu kitabı nənəsi 80 yaşında bu xəstəliklə qarşılaşdığı zaman yazmışdır. Ancaq kitabda oxuyanda bilinir ki, yazıçı bu kitabı yazanda bu xəstəlik haqqında araşdırmalar aparıb, özü də kitabın son səhifələrində deyir. Mövzu Əsas obrazımız Elis Haulendin 50 yaşı var. Elis Harvard Universitetində koqnitiv psixologiya fənni üzrə professor vəzifəsində çalışır. O özü kimi olan Con Haulend ilə evlidir və 3 uşaqları var, Anna, Tom və Lidiya. Uşaqları arasında münasibət cəhətdən uzaq olduğu Lidiyadır. Onla sözləri tam uyğun gəlmir. Lidiya əsas atası ilə daha mehribandır. Anna isə Çarli ilə evlidir. Elis son zamanlar hiss edir ki, müəyyən şeyləri unudur, ancaq düşünür ki, normal insanlarda da unutqanlıq xüsusiyyəti var. Məsələn, mühazirə zamanı və ya söhbət edəndə müəyyən sözləri unudur. Koqnitivizm dərsi keçməlidirsə, o, dərsinə getmək üçün qeyd aparır. Çikaqoda olacaq konfransı unudur və ora gedəmir. Ancaq sonra bir gün qaçanda (Elis həm də günlük qaçış edirdi) evinə qayıtmaq üçün yolu unudur. Sonra düşünür ki, menopoz dövründə olduğu üçün ola bilər, həkiminə gedir, amma həkimi bu fikrin yanlış olduğunu söyləyir. Sonra başqa həkimə gedir, orda edilən testlərdən bilinir ki, Elis Altsheymer xəstəsidir və ondan sonra həyatında olan çətinliklər başlayır. Ancaq indi belə götürəndə düşünmək olar ki, yazıçı bu kitabı 80 yaşında nənəsi bu xəstəliyi tutduqdan sonra yazıb, amma niyə əsas obrazımız 50 yaşındadır, onun da səbəbini yazıçı demişdir. Çünki biz, insanlar elə düşünürük ki, yaşı çox olan insanlar sadəcə bu xəstəliklə qarşılaşa bilər, sadəcə onlarda unutqanlıq ola bilər, amma bu düzgün fikir deyil, bu fikirləri yanıltmaq üçün yazıçı əsas obrazı 50 yaşında təsvir etmişdir. Kitab mövzu cəhətdən yaxşı seçilib, amma mən çox sevə bilmədim, mövzunu yox, sadəcə yazıçının yazım tərzini çox bəyənmədim və mənim üçün axıcı olmadı, onun üçün 2 xal kəsdim. Amma digər xalı texniki səbəbə görə kəsdim, kitabda mən obrazların istifadə etdiyi əşyaların markalarının deyilməsini sevmirəm, itici gəlir mənə, ancaq bu kitabda dərmanlar istisnadır, çünki onların mövzu ilə əlaqəsi var. Amma obrazın işlətdiyi çanta, getdiyi kafe, telefonun markasının adının çəkilməsi mənim üçün qəribədir. Kitabı tövsiyə etmək məsələsi isə oxuya bilərsiniz, amma başqa kitablar varsa siyahınızda, onda bu kitabı təxirə salın. :)
Elə Həmin Elis
Elə Həmin ElisLisa Genova · Yay Kitab · 2019128 okunma
··
410 görüntüleme
Aria okurunun profil resmi
Əla mövzusu var. Psixoloji romanları çox sevirəm yaa :D Yazıçının Elis'i 50 yaşında təsvir etmək səbəbini çox təqdir etdim. Şəxsən, baş obraz 80 yaşında olsaydı, yaşının çox olduğu üçün olur yəqin ki deyəcəkdim😃. Əlinə sağlıq, ətraflı incələmə olub👌🏻♥️.
Aceso okurunun profil resmi
Yes, mövzusu qəşəngdi, yazıçının bu mövzunu seçməyi və araşdırmalar aparmağını çox sevdim. Amma yenə də mənim üçün çatızmazlıqları vardı. 🙃
Dronqo okurunun profil resmi
Əllərinə sağlıq,çox gözəl yazmısan❤️Mövzusu maraqlı gəldi👀
Aceso okurunun profil resmi
Thanks :) Yes, orta kitabdır. Bacım məsələn çox bəyəndi. Amma mən yox. :D
Samirə Abbasova okurunun profil resmi
Əllərinə sağlıqqq❤️
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.