Gönderi

426 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
•Uzun müddətdir oxuduğum ən maraqlı roman deyə bilərəm bir kəlmə ilə.. Romanın əsas qəhrəmanı gec yaşlanma xəstəliyindən və ya problemindən əziyyət çəkir.Bəli, əziyyət çəkir, çünki, gec yaşlanmaq, hətta heç ölməmək biz insanların bir çoxunun xəyalları hətta vazkeçilməz bir arzusudur.Amma romandakı əsas qəhrəman bu problemindən xeyli əziyyət çəkir, təsəvvür edin sizin 439 yaşınız var və siz neçə əsrlər keçib, yaşayıb, görüb bu günə gəlib çıxmısınız, hələ də bir neçə əsrlik ömrünüz yenə də var.Bir neçə əsr…bunu dildə söyləmək və ya yazıya almaq nə qədər asan olsada yaşamaq bambaşqadır.Düşünün ki, siz bu əsrlər müddətində nə qədər müharibələrin, inqilabların, yeni-yeni kəşflərin, ixtiraların, şahidinə çevrilmisiniz. Mütləq ki, həqiqətəndə sevgi bəslədiyiniz insanlar olub ətrafınızda və bunlar sizdən qabaq həyatdan köçüblər..Məhz elə baş qəhrəmanımızın da çəkdiyi izdirablar, əziyyətlərin bir hissəsi hətta 40%-i bunlardan ibarət idi.Qalanına da əminəm ki, oxuduqdan sonra fikir bildirə, anlaya biləcəksiniz.. Romanda demək olar ki, insan həyatı üçün vacibli nə varsa hər birinə böyük bir ustalıqla toxunulmuşdur. •Kitab haqqında yazmağa həqiqətən də cümlələr yetmir. Zaman amili haqqında qısa bir fikrimi də yazıb yekunlaşdıra bilərəm məncə.. “Zaman bizə eyni vaxtda həm sevinc, həm də kədər yaşadır, həm yaralayır, həm də yaralarımıza məlhəm qoyur, həm sakitləşdirir, həm də qorxudur, o cümlədən həyatımızın, ömrümüzün qədrini bilməyi, yaşadığımız anlara dəyər verməyi öyrədir..
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 019 okunma
·
1.774 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.