Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zamanı Necə Dayandırmalı

Matt Haig

Yorumlar ve İncelemeler

Tümünü Gör
426 syf.
10/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
•Uzun müddətdir oxuduğum ən maraqlı roman deyə bilərəm bir kəlmə ilə.. Romanın əsas qəhrəmanı gec yaşlanma xəstəliyindən və ya problemindən əziyyət çəkir.Bəli, əziyyət çəkir, çünki, gec yaşlanmaq, hətta heç ölməmək biz insanların bir çoxunun xəyalları hətta vazkeçilməz bir arzusudur.Amma romandakı əsas qəhrəman bu problemindən xeyli əziyyət çəkir, təsəvvür edin sizin 439 yaşınız var və siz neçə əsrlər keçib, yaşayıb, görüb bu günə gəlib çıxmısınız, hələ də bir neçə əsrlik ömrünüz yenə də var.Bir neçə əsr…bunu dildə söyləmək və ya yazıya almaq nə qədər asan olsada yaşamaq bambaşqadır.Düşünün ki, siz bu əsrlər müddətində nə qədər müharibələrin, inqilabların, yeni-yeni kəşflərin, ixtiraların, şahidinə çevrilmisiniz. Mütləq ki, həqiqətəndə sevgi bəslədiyiniz insanlar olub ətrafınızda və bunlar sizdən qabaq həyatdan köçüblər..Məhz elə baş qəhrəmanımızın da çəkdiyi izdirablar, əziyyətlərin bir hissəsi hətta 40%-i bunlardan ibarət idi.Qalanına da əminəm ki, oxuduqdan sonra fikir bildirə, anlaya biləcəksiniz.. Romanda demək olar ki, insan həyatı üçün vacibli nə varsa hər birinə böyük bir ustalıqla toxunulmuşdur. •Kitab haqqında yazmağa həqiqətən də cümlələr yetmir. Zaman amili haqqında qısa bir fikrimi də yazıb yekunlaşdıra bilərəm məncə.. “Zaman bizə eyni vaxtda həm sevinc, həm də kədər yaşadır, həm yaralayır, həm də yaralarımıza məlhəm qoyur, həm sakitləşdirir, həm də qorxudur, o cümlədən həyatımızın, ömrümüzün qədrini bilməyi, yaşadığımız anlara dəyər verməyi öyrədir..
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
Reklam
428 syf.
9/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
Romanımızın qəhrəmanında gec yaşlanma (anageria) problemi var idi. "Problem" deyirəm, çünki bəlkə də bir çoxumuzun arzuladığı bu hal onun üçün bir çox problemlər yaratmışdı. Onun bu halına görə orta əsrlərdə anasını cadugərlikdə günahlandırıb öldürmüşdülər. Tez-tez yer dəyişərək, insanlardan uzaq duraraq sağ qalmağa çalışırdı. Üstəlik işin içinə sevgi də girdikdə həyat daha da çətinləşməyə başladı... Romanda həm fantastiklik, həm tarixilik, həm həsrət, həm sevgi, bir sözlə, hər şey var. Romanda bəzi tarixi şəxsiyyətlərə ayrılmış hissələr var. Məsələn, müxtəlif zamanlarda qəhrəmanımız Şekspir ilə yoldaşlıq edib onun tamaşalarında musiqiçi, Kapitan Kukun gəmisində dənizçi işləyir, Skot Fitzgerard ilə isə barda oturub "Great Gatsby" romanını müzakirə edir və s. Həmçinin kitabda bir-birindən gözəl illüstrasiyalar var. Bunlar romana daha da canlılıq və emosiya qatır) "Zamanı dayandırmağın yolu, zamanın sənə hökm etməsini, səni idarə etməsini dayandırmaqdır". Uzun zamandır oxuduğum ən gözəl romanlardan biri idi :)
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
428 syf.
·
Puan vermedi
·
25 günde okudu
Pis şeylər baş verir, onlara necə reaksiya verməyin xarakterini və həyat kefiyyətini müəyyənləşdirir, düşüncələrin ağırlığı ilə hərəkətsiz qalıb, ümidsiz bir vəziyyətdə oturmaqıda seçə bilərsən və ya ağrılarından qaçıb sahib olduğun ən qiymətli hədiyyəni qiymətləndirməyidə seçə bilərsən, həyatın özünü.
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
"Mənə elə gəlir ki, ölüm ani olduğu kimi, yaşamaq da anidir. Gözlərini yumursan və ruhuna çökmüş bütün mənasız qorxuları özündən qovursan. Sonra, qorxularından azad olub, həqiqətən yaşadığını hiss edəndə öz-özünə sual verirsən: mən kiməm? Əgər qorxularım və şübhələrim olmadan yaşaya bilsəydim, nə edərdim? Aldadılmaq qorxusu olmayan bir insan ola bilsəydim? İztirab çəkmək, yaralanmaq qorxusu olmadan sevə bilsəydim? Bu günümdən zövq alıb sabah bu zövqdən məhrum olacağımı düşünməsəydim? Zamanın keçməsindən və sevdiklərimi mənim həyatımdan qoparmasından qorxmasaydım? Bəli... Nə edərdim? Necə yaşayardım? Kimin qayğısına qalardım? Nəyin mübarizəsini aparardım? Hansı yollardan keçərdim? Necə xoşbəxt olardım? Məni narahat edən müəmmaları necə çözərdim? Qısası, necə yaşayardım?"
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
Reklam
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Bir anlıq düşünün 439 yaşınız var, amma görünüşünüz 39 yaşlı bir insanın görünüşünə bərabərdi. Necə hiss edərsiniz? Bir albatros olaraq pərvənələrlə eyni həyatı paylaşırsınız. Sevdiyiniz bütün insanlar ölməyə eyniylə siz də onların ölümünü izləməyə məhkumsunuz. Düşünün ki, Şeksprin şəxsən özünün yazdığı və canlandırdığı teatr tamaşasında musiqi alətinizlə minlərlə insanın qarşısında çıxış edirsiniz və ya Charli Chapli yemək yediyiniz zaman yanınızdan keçərkən sizə salam verir. Çaykovskinin bəstələdiyi və şəxsən özünün drijorluq etdiyi bəstəsini ilk dəfə dinləyənlərdənsiniz necə hiss edərsiniz? Hələ ki, sadəcə tarixə adını yazdırmış 3 məşhur şəxsiyyətin adını çəkdim, kitabda isə bir çox şəxsiyyət yer alır. Bir insan ruhuna neçə həyat sığar və ya sığa bilirmi? Hər 8 ildən bir bütün varlığınızı, xatirələrinizi məhv edib yeni bir insan kimi fərqli ölkələrdə yenidən var olmağa məcbur edilmək asandımı? Keçmiş hər zaman sizinlədi və zaman keçdikcə daha da ruhunuz yorulur. Həyatınızın yarısını belə tamamlamamısınız. Bəlkə 4, bəlkə də 5 əsrlik ömrünüz hələ qabaqdadı. Bu həm heyran edici həm qorxulu həyatı yaşayan Tom'un hekayəsidi. Teaspress'in möhtəşəm tərcüməsi ilə özünüzü sorğu-suala tutmağa hazır olun)
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
428 syf.
9/10 puan verdi
·
7 günde okudu
Her zaman daha uzun yaşamaq baresindr fikirlesirik.Daha uzun yaşasaydiq heyatimiz nece olardi?Bu kitabda bu suallarin cavabi verilib Bu kitabda Tom 40 yasinda gorsenir eslinde ise onun 439 yasi var.Tom 1581'ci ilde Fransade zengin ailede dogulub.Atasi olumunden biraz sonra olub.Tom ve anasi Ingiltereye koçurler.Lakin Tom da qeyri adilik var.Tom 13 yasindan sonra deyismir.Tom 18 yasi var lakin o 13 yasinda gorsenir.Kend ehalisi bu aileden subhelenmeye başlayir.Hetta anasini cadugerlikle gunahlandirirlar. Tom heyatini deyismeli olur.Rouzla qarsilasir.Onu sevir,evlenirler hetta bir qizi da olur.Lakin Tom onlarla qala bilmir.Cunki Tom qocalmir Rouz ise getdikce ondan boyuk gorsenir.Hemcinin qizinda da bele bir hal musahide olunur.Tom onlardan ayrilmali olur. Belelikle Tom butun dunyani gezir.Her defe ferqli ad,ferqli isler gorur.Piano,fleyta,deniz iscisi vs kimi islerle mesgul olur. Tom "Albatros cemiyyetine" qoşulur.Burada Hendrik deyilen sexs bascilik edir.Ozunun 1000'e yaxin yasi var.Tomun bu cemiyyete qosulmaqda meqsed qizi Marione tapmaq istemesidi.Bu cemiyyet de tek is qocalmayan insanlari tapmaqdan ibaretdir.Her 8 ilden bir isini,yerini,adini deyisirsen.Tom bu isde 100 ilden cox mesgul olur.Bir gun qerare gelir kimi artiq "pervane"kimi yasmalidir.Belelikle Londona gedir. Tom heyatinda yasaya bilecek her seyi yasamisdi.Butun tarixi gormusdu hetta tarixi sexsiyyetlerle bele tanis olmusdu.Tom heyatdan hec vaxt el cekmir.Əvvelcə anasina verdiyi soz daha sonra ise qizini tapmaq isteyi onu heyata daha da bağlayir.
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Zamanı Necə Dayandırmalı
Zamanı necə dayandırmalı? Tom Hazard kənardan gənc görünsə də,4 əsrdən çox yaşı var.Bəli,bir az fantastik görünə bilər… Kitabı oxuduqca sanki zamanda səyahət edirsən,kitabı hiss edərək oxumaq o qədər gözəl bir hissdir ki,hər cümləsində,hər səhifəsində o anı yaşamaq.. İnsanı yaşadan sevgidir,”sevdiklərimiz heç vaxt ölmürlər”Həyatda ikən necə ürəyimizdə yaşayıblarsa,eləcə də yaşamaqda davam edirlər.Biz onları ruhumuzda,ürəyimizdə yaşadırıq.Ürəyimizdən və xatirimizdən silinmədikcə,onlar da bizi yaşadırlar. Ölüm ani olduğu kimi,yaşamaq da anidir və mühüm olanı bu anda qalmaqdır,qorxmadan,şübhə duymadan,həyatın hər kiçik zərrəsindən həzz alaraq yaşamaq… Çünki gələcək elə insanın özüdür.
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Həyəcanla bitirməyə çalışdığım,həmçinin bitirmək istəmədiyim bir kitab oldu. Romanın baş qəhrəmanı Tom Hazard hal-hazırda nə az nə çox 439 yaşı var və bu gün XXI əsrdə vaxtı ilə sevgini tapdığı şəhərdə tarix müəllimi işləyir. Qəhrəmanımız bu illər,daha doğrusu əsrlər ərzində müxtəlif zaman kəsiyində müxtəlif yerlərdə,müxtəlif adlarla həyatda qalmağa çalışıb. Ümidlə getdiyi bir həkim qapısında buraxdığı səhvə görə özü də istəmədən "Albatros cəmiyyəti"nə üzv edilir. Bəli edilir- onu işlədiyi yerdən götürüb tamamilə fərqli bir ölkə və məkana gətirirlər. Elə əsas həyəcan burdan sonra başlayır ,Tökün sakit həyatı bir ekstrimə çevrilir. Amma nə deyim əvvəlki həyatı mənə daha maraqlı gəlmişdi,hansı ki,Tom Şekspirlə işləyib, Fitsceraldla şam yeməyi yeyib,London taununda sevdiyini itirib, anasını cadugər ovçuları öldürüb və sairə və ilaxır......
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
Reklam
428 syf.
·
Puan vermedi
Həyəcanla bitirməyə çalışdığım, həmçinin bitirmək istəmədiyim bir kitab oldu. Romanın baş qəhrəmanı Tom Hazard hal-hazırda nə az nə çox 439 yaşı var və bu gün XXI əsrdə vaxtı ilə sevgini tapdığı şəhərdə tarix müəllimi işləyir. Qəhrəmanımız bu illər,daha doğrusu əsrlər ərzində müxtəlif zaman kəsiyində müxtəlif yerlərdə, müxtəlif adlarla həyatda qalmağa çalışıb. Ümidlə getdiyi bir həkim qapısında buraxdığı səhvə görə özü də istəmədən "Albatros cəmiyyəti"nə üzv edilir. Bəli edilir- onu işlədiyi yerdən götürüb tamamilə fərqli bir ölkə və məkana gətirirlər. Elə əsas həyəcan burdan sonra başlayır, Tomun sakit həyatı bir ekstrimə çevrilir. Amma nə deyim əvvəlki həyatı mənə daha maraqlı gəlmişdi,hansı ki, Tom Şekspirlə işləyib, Fitsceraldla şam yeməyi yeyib, London taununda sevdiyini itirib, anasını cadugər ovçuları öldürüb və sairə və ilaxır.......
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 06,9bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.