Zamanı Necə Dayandırmalı

Matt Haig

Zamanı Necə Dayandırmalı Gönderileri

Zamanı Necə Dayandırmalı kitaplarını, Zamanı Necə Dayandırmalı sözleri ve alıntılarını, Zamanı Necə Dayandırmalı yazarlarını, Zamanı Necə Dayandırmalı yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
428 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 günde okudu
"Mənə elə gəlir ki, ölüm ani olduğu kimi, yaşamaq da anidir. Gözlərini yumursan və ruhuna çökmüş bütün mənasız qorxuları özündən qovursan. Sonra, qorxularından azad olub, həqiqətən yaşadığını hiss edəndə öz-özünə sual verirsən: mən kiməm? Əgər qorxularım və şübhələrim olmadan yaşaya bilsəydim, nə edərdim? Aldadılmaq qorxusu olmayan bir insan ola bilsəydim? İztirab çəkmək, yaralanmaq qorxusu olmadan sevə bilsəydim? Bu günümdən zövq alıb sabah bu zövqdən məhrum olacağımı düşünməsəydim? Zamanın keçməsindən və sevdiklərimi mənim həyatımdan qoparmasından qorxmasaydım? Bəli... Nə edərdim? Necə yaşayardım? Kimin qayğısına qalardım? Nəyin mübarizəsini aparardım? Hansı yollardan keçərdim? Necə xoşbəxt olardım? Məni narahat edən müəmmaları necə çözərdim? Qısası, necə yaşayardım?"
Zamanı Necə Dayandırmalı
Zamanı Necə DayandırmalıMatt Haig · Teas Pres Neşriyat · 019 okunma
- Mən yenə də qorxuram...Zamandan. -Sən niyə zamandan qorxasan ki? Axı sən hələ uzun illər, əsrlər yaşayacaqsan. - Məsələ də elə bundadır... Bir gün sən mənim yanımda olmayacaqsan. - Gör sən gələcəyi düşünməyə və bununla bağlı narahat olmağa nə qədər vaxt sərf edirsən... - Burada nə var ki? Axı gələcək naməlumdur. Nə olacağını bilmirsən, ona görə də narahat olursan. - Haqlısan, gələcək həmişə naməlumdur, ancaq həmişə qorxulu deyil. Gələcəyə baxma, indiyə bax. Bizə bax. Gələcək bax budur.
Reklam
Sən həyatdan təcrid olunaraq yaşaya bilməzsən, həyata toxun ki, o da səni yaşatsın.
Sevgi olan yerdə həyat məna kəsb edir,qorxunu dəf edib sevmək və yaşamaq lazımdır...
Bu, aydındır. Xoşbəxt anlarımız çox olduqca yaşadığımız o zaman kəsiyi bitmir, əbədi olaraq davam edir. Və mən bilirəm ki, belə anlarım hələ çox olacaq. Başa düşürəm. Başa düşürəm ki, insan zamanın hökmündən azad ola bilər. Başa düşürəm ki, zamanı dayandırmağın yolu zamanın sənə hökm etməsini, səni idarə etməsini dayandırmaqdır. Mən artıq keçmiş xatirələrimdə boğulmuram... Gələcəyimdən qorxmuram... Yoxsa necə yaşayaram? Gələcək insanın özüdür.
Biz keçmişimizi də özümüzlə gəzdiririk. Hər yerdə keçmişimizi görürük. Bəzən bu bizə təhlükə yarada bilər, ona görə də bir-birimizə kömək etməliyik....Yadında saxla, keçmiş heç vaxt keçmişdə qalmır. Həmişə səni izləyir və hər an qarşına çıxa bilər.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.