Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

%71 (214/300)
·
Puan vermedi
Kitabı bəyənmədiyim üçün və ya hər hansısa xoş olmayan bir səbəbə yarım qoymadım. Bu kitabı oxumaqda bir məqsədim var idi. Və mənə lazım olanı artıqlaması ilə aldım. Davam edib bitirə də bilərdim, lakin kitabın siyasətlə bağlantısı, qatı tərkibi və Azərbaycan dilinə tərcümə edilmiş olmasına görə ehtiyac duymadım. Kitab Türkiyənin şərqində dini çatışma, daha doğru desək, qərblilərlə şərqlilərin qarşıdurmasından bəhs edir. Dövlətin hicablı qızlara, universitetə və məktəbə gəlməsinə qoyulan qadağalar şərqdəki dini təriqətlərin, dini qruplaşmaların hərəkətə keçməsinə səbəb olmuşdu. Və zatən şərqdə qadınlara qarşı bəslənən münasibət, erkən nigahlar, qoyulan məhdudiyyətlər, atılan böhtanlar və son zamanlar artmış olan qadın intiharları ölkəyə baya səs salmışdı. Və bu kitabda əslində İstanbuldan, yəni qərbdən gəlmiş illərini almaniyada keçirmiş olan köhnə bir şairin baş verən hadisələri qələmə keçirtmə məqsədi ilə başlayır və baş rolu olduğu ağır hekayə ilə davam edir. Kitab haqda deyə biləcəklərim elə də çox deyil. Sadəcə azərbaycan dilində oxuyub eləməyin, mən sadəcə məcbur qaldım. Təcili bir şeyi müəyyənləşdirməli idim deyə. Bu tip şeylərə (siyasət, etnik çaxnaşmalar, dini qarşılaşmalar) marağı olanlar oxuya bilər, rahat da gələcək onlara, amma tam olaraq bir roman oxumaq məqsədi ilə oxuyacaqsızsa məyus ola bilərsiz.
Qar
QarOrhan Pamuk · Qanun Neşriyat · 200514,5bin okunma
·
135 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.