Gönderi

Çərşənbə günündə, çeşmə başında Gözüm bir alagöz xanıma düşdü. Atdı müjgan oxun keçdi sinəmdən, Cadu qəmzələri qanıma düşdü. İşarət eylədim dərdimi bildi, Gördüm həm gözəldi, həm əhli-dildi, Başını buladı, gözündən güldü, Güləndə qadası canıma düşdü. Ələsgərəm hər elmdən halıyam, Gözəl, sən təbibsən, mən yaralıyam, Dedi nişanlıyam, özgə malıyam, Sındı qol-qanadım, yanıma düşdü.
Aşıq Ələsgər
Aşıq Ələsgər
·
256 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.