Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
9/10 puan verdi
Somerst Moemi “Qisas” novellası ilə tanıdım. Elə ilk səhifələrdən götürdü kitab məni. Olur ki, 300-400 səhifəlik romanlar oxuyuruq amma ordakı duyğular, hisslər oxucuya çatmır. Bir də belə kiçik həcmli kitablar var insanın ruhunu incidir. Sözlərimi cümlələrə düzməkdə belə çətinlik çəkdim bu kitabdan sonra Bu balaca kitabda nə yoxdur ki? Nifrət, qürur, ağrı-acı, yoxsulluq, gərginlik, təcavüz… spoiler vermək istəmirəm, çünki mövzusu kiçik həcmlidir. Deyim ki, çox həssas mövzusu var. Hadisələr 2-ci dünya müharibəsi dövrünə təsadüf edir. Elə ilk səhifələrdən əsəb, stress, sarsıntı yaşadır kitab. Bir qadına edilən təcavüzün sonluğunu məncə, elə bu faciə ilə bitirməli idi Moem. Sonda birmənalı olaraq ağlıma gələn ilk cümlə Annet də Hans qədər qəddar və faşistdir. Çünki Hansın Annetə vurduğu zərbədən, faşist əməldən sonra Annetin ondan heç bir fərqi qalmadı mənə görə. Yəni qisas bu cür olmamalı idi Çünki başqasının günahının cəzasını bir digəri ödəməli deyil. Annet bəlkə də etdiyindən peşman olacaq amma keçmişi geri qaytarmaq olmaz… Məni düşündürən digər məqam isə Annetin valideyinlərinin davranışı oldu. Necə valideyn göz yuma bilər belə bir vəhşiliyə və nələrinsə qarşlığında az qala övladını sata? Alın oxuyun amma yenə deyirəm əsəbi, ürəyi zəif olan oxumasın kitabın sonu elə bitməsəydi 10 puan verecekdim.
Qisas
QisasW. Somerset Maugham · Qanun · 076 okunma
·
409 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.