Önəmli bir əsər olaraq həm ədəbiyyat, həm bəşər tarixinə təsirini göstərməyi bacarıb. Daxili monoloqa bənzəyən özünəməxsus yazı tipi ilə ədəbiyyatda bir ilkə imza atdı və öz mövzusu, təsir gücü ilə insanlıq üçün önəmli dəyişikliyə səbəb oldu. Bu haqda ətraflı danışmaq istəyirəm.
Öncəliklə, adından başa düşəcəyiniz üzrə edam hökmü ilə bağlı, edama məhkum olunanın keçirdiyi hislər və son anları ilə bağlı bir əsərdir.
Victor Hugo bir edam səhnəsindən təsirlənir və 27 yaşında olarkən bu əsəri yazır. Həqiqətən, böyük yazıçı olduğu necə bəllidi.. İnsanların önəm verməyib, barəsində heç düşünmədiyi , hisləri yoxmuş kimi davranılan məhbusların əslində nələr yaşadığı, çarəsizlikləri vəs. necə möhtəşəm təsvir edilib. Oxuyarkən bir məhkumun son məktublarını oxuyuruq təsiri bağışlayır. Və bu həqiqətən çox təsirlidir. Heyrətlisi odur ki, o zamanlar insanlar bu qədər dərin düşünə bilmirdi.. Və Hügo bu qaranlıq düşüncələrə işıq tutmağa cəhd edir. Əsəri yazmaqla əsas məqsədi edam hökmünün ləğv olunması idi. Doğurdan da, zaman keçdikcə insanlarda empati qurmaq bacarığı yüksəlir və zamanla bu hökm ləğv edilməyə başlayır. Əlbəttə ki, harda ki bu hökm ləğv olunub, orada bu əsərin və Hügonun payı var.
Qaldıki edam qərarının ləğv olunması yaxşı yoxsa pis bir şey idi? bu çox mübahisəli bir mövzudu. Sadəcə onu bilirik ki, bu qərar olduğu müddətcə özünü isbatlaya bilməyən məsum insanlar da qurban olmuşdu və olacaqdı da.
Əgər sizə bu mövzular maraqlı gəlirsə, oxumağa dəyər əsərdir.