Puan vermedi·256 syf.··
2022 29. kitabı
Qaraqanı bir reper olaraq çox bəyənirdim. Artıq bir yazar olaraq da bəyənirəm. Normalda bu tip kitablar mənə anlamsız və vaxt itkisi kimi gəlirdi. Amma bu kitab kifayət qədər axıcı oldu. Kitab öz yaşadığımız ölkəni daha yaxından tanımaqda, problemləri görməkdə, gördüyümüz problemlərə yanaşma şəklini dəyişdirməkdə çox yardımçı olur. Beş milyonçu ilə olan söhbətindən sonra sırf Azərbaycanda necə milyonçu olmağı, ümumən varlı olmağın xoşbəxtlik gətirə biləcək bir qüdrətə sahib olub olmadığını araşdırır və ən əsası bu dünyaya nə üçün gəldiyimizi, sıradan bir insan olaraq davam etmək istəyirikmi kimi suallara cavab tapmağımıza qisməndə olsa köməklik eləyir. Kitabı oxuyarkən bəzi maraqlı məlumatlarla qarşılaşdım ki, oda mənim üçün çox xoş oldu. Kitabı oxuduğum müddətcə həqiqətən nələrsi düşünməli olduğumu anlayır və düşünmək istəyirdim. Kitab mənə "Birinci addım"ı atmağı öyrətdi. "İkinci addım"ı atmaq üçün elə Qaraqanın "İkinci addım"kitabını da oxuyacam. Sizə də oxumağı və bircə addımdanda olsa başlamağınızı tövsiyyə edirəm.
Düşünce
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 20131,156 okunma
·
539 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
İkinci Addım'a keçdiyində addımlarını iradəli, psixologiyanı möhkəm tut. İnancların sarsılmasın..)
Raksana
Gönderi Sahibi
Araşdırdığınız qədəri ilə sizin üçün doğruluq payı nə qədər oldu bəs, bilmək olar?