Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

304 syf.
8/10 puan verdi
·
125 günde okudu
Parfümer
♧ Hadisələr XVIII əsr Fransasında baş verir. ♧ Əsərimizin baş qəhrəmanı Jan-Batist Qrenuy adlı biridir. Kitabda da Qrenuyun xüsusi və onu digər bütün insanlardan fərqləndirən istedadı, bu istedadın ona verdiyi xüsusiyyət sayəsində doğulduğu andan ölənədək yaşadıqları və yaşatdıqları yazılmışdır. ♧ Qrenuyu hamıdan fərqləndirən özəlliyi onun iyi bilmə qabiliyyəti, qoxulara olan həssaslığıdır. Beləki, o bütün var olan hər şeyi adı və görünüşü ilə deyil qoxusu ilə tanıyır.  Hətta o gözləri ilə deyil burnu ilə "görür". ♧ Bu fövqəltəbii xüsusiyyəti sayəsində müxtəlif parfümerlərin yanında şagirdlik edir və sənətin bütün incəliklərini öyrənir. ♧ Qrenuyun məqsədi qoxulara olan həssaslığından istifadə edib ölkənin ən yaxşı parfümeri olmaq deyil. ♧ Onun daha fərqli və qorxunc planları var. ♧ Bu planlarını həyata keçirmək üçün əsas  vasitə isə o, kürən saçlı qızın ətridir. ♧ İlk başda kitab elə də axıcı və cəlbedici deyildi. İlk 100 səhifədən sonra isə kitabdan ayrıla bilmirsən.
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201722bin okunma
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.