Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yorumlar ve İncelemeler

Tümünü Gör
304 syf.
8/10 puan verdi
Bu kitabı okuyalı yıllar oldu ama aklıma geldikce yorumlarımı sizlerle paylaşmak istiyorum. Bu kitapla tesadüfen karşılaştım konusunu araştırınca okumalıyım dedim. Kitap seri katilden bahsediyor. Genç kızları öldürüp onların kokusundan parfüm yapıyor.   Kitap kalın kitap değil hatta 1 günde bile bitirebilirsiniz. Konu olarak çok güzel ve etkileyici kitap ama okurken çok sıkıldığımı söyleyebilirim. Olayların geliştiği kısımlar gerçekten çok sürükleyiciydi ama bir parfümü uzun uzadı tanımlamak bir yerden sonra sıkıyor insanı. Sanki kitapta olaylardan çok parfümün kokusundan, parfümün kokusunun nasıl dağılmasından, verdiği duygulardan falan fazla bahsedildi. Bu bitsede konuya gelsek artık diyip, bir kaç sayfa atladığımda oldu :) Okuduktan sonra filmini izledim, filmini daha çok sevdim diyebilirim. :) Bana göre, parfüm kokusunu fazla ele almasını çıkarsak roman gayet başarılı ve akıllarda kalıcı roman. Denemelisiniz
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
Reklam
304 syf.
6/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitab həddindən artıq fərqli idi, lakin mükəmməl deyildi. Kitabda baş verən hadisələr, xüsusilə də sonu məni çox heyrətləndirdi. Heç elə bitəcəyini təxmin etməmişdim, edə də bilməzdim. Kitaba 7 xal verməmin səbəbi, bəzi yerləri çox uzatması, həm də düşündüyüm sonluqla bitməməsi oldu. Fantastikanı sevmədiyim üçün isə nisbətən sıxıcı gəldi. Yenə də oxunmalı olduğunu düşünürəm.
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
304 syf.
·
Puan vermedi
Parfümer. Mən oxuduğum kitabların filmlərinə baxmağı sevirəm və onlar arasındakı fərqləri ayırd edib, təhlillər aparıram. Və bir çox halda hər zaman kitabı filmdən üstün tutmuşam. Ancaq bir neçə kitab var ki, filmi daha yaxşı gəlib mənim üçün. Parfümer də bu qəlibdən olan kitabdır. Filmini izlədim ilk öncə, sonra tərifini çox eşitdiyim üçün birgün oxumaq qərarına gəldim. Kitabı oxumadan öncə "film belədirsə, kitab daha möhtəşəm olar" deyə düşündüm, ama yanıldım. (Bu şəxsi fikrimdir). Yazar Parfümerin iç dünyasını daha fərqli verə bilərdi, içində yaşadığı və ətirləri almaq üçün keçirdiyi hissləri bizlərə yansıda bilərdi. Sönük idi hamısı, sadəcə qəhrəmanın robot kimi hərəkətləri varmış kimi hissetdim. Ətirlərin qoxusunu, onlar haqqında məlumatları və ümumiyətlə hər şeyi qəhrəmanımızla bütünləşdirə bilərdi. Ama yenə də oxuna biləcək kitabdır.
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
304 syf.
7/10 puan verdi
Tamamilə fərqli tərzdə və qeyri-adi mövzusu olan bir əsər oxumaq istəyirsinizsə, o zaman "Parfümer" tam da o əsərdir. XVIII əsr Fransasında doğulan uşaqların taleyindən heç də fərqli olmayan Qrenuyun həyatından bəs edir yazıçı. Hansı ki, onlar elə ağır şəraitdə, elə çətin vəziyyətdə doğulurdular ki, ölsələr belə heç kimin vecinə olmazdı. Yaşasaydılar isə sahibsiz idilər, eynən Qrenuy kimi. Amma Qrenuy tam fərqli istedada malik idi. O qoxuları çox yaxşı ayıra bilir, hər şeyin- istər yaxında olsun, istər uzaqda qoxusunu alırdı. Lakin o bir gün öz qoxusunun olmadığını anlayır. Məhz elə qatilin də tarixçəsi buradan başlayır. İstədiyi qoxunu əldə etmək üçün 25 ən gözəl qızın qatili olur. Sonda edam edilməsi üçün qərar verilsə də, edam olunmur. Niyə? Niyəsini oxuyan zaman anlayacaqsınız. Həmçinin filmi də var. İzləməmişəm, amma izləməyi düşünürəm.
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
Reklam
304 syf.
6/10 puan verdi
• Daha bir "yarım saxladığım" kitabı dəyərləndirdim .Mənə fantastik janr gələn kitab ,film sevmirəm deyə yarıda saxlamışdım.Amma bir hissədən sonra mənə detektiv,cinayət kimi gəldi və maraqlı olduğu üçün bir günə bitirdim.. Romanda qatilin bir neçə insanı öldürüb, qoxu əldə etməsi əslində özünü "insanlara qəbul etdirməsi hissi " idi..Öz qoxusu olmayan ,insanlar içində seçilməyən və yalnız bu qoxular sayəsində insanlar tərəfindən diqqətə alınan bir qatil.. Kitabın sonu təəccübləndirdi amma tam pis sayılmazdı
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
304 syf.
·
Puan vermedi
+ Niye qızımı öldürdün? Niyə ? Niyə? .......................................................... - Ona ehtiyacım vardı ..................................
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
304 syf.
7/10 puan verdi
·
Beğendi
Hər vaxtınız xeyir olsunBu gün sizə bir qatilin hekayəsi haqda danışacağam Amma bu qatil adi bir qatil deyil.Onun bir məqsədi var: DÜNYANIN ƏN GÖZƏL QOXUSUNU YARATMAQ....... ..."Bax elə burda, krallığın ən üfunətli yerində 17 iyul 1738-ci ildə Jan-Batist Qrenuy dünyaya gəldi".... Elə əsl hekayə də bundan sonra başlanır.18ci əsrdə Parisdə,üfunətli bir yerde doğulan,anasının belə sevmədiyi, ölümə tərk etdiyi bu uşaq nələr edə bilməzdi ki?....... Cəmiyyət də bu uşağı sevmədi, qəbul etmədi,amma Jan Batist hər şeyə dözdü,özündə yeni bir istedad kəsf etdi. O hər şeyin qoxusunu ən incə detalına kimi ayırd edə bilirdi.Bu istedadından insanların onu sevməsi,fərq etməsi üçün istifadə etmək istədi.O,dünyanın ən gözəl qoxusunu yaradacaqdır. Və bunun üçün hər şeyi etməyə hazır idi. Hadisələrin sonrakı gedişatını əsəri oxuyub öyrənin deyirəm Əsərdə ətriyyatciliqla bağlı xeyli məlumat da yer alıb.Bu hissələr məncə maraqlı idi,amma sıxıla da bilərsiniz... Filmdə isə bəzi hadisələr öz əksini tapmayıb,filmini çox sevmədim düzü.Amma sürpriz sonluqlu bir əsərdir.Eseri oxuyub filmi izləyin deyirəm.Son səhnələrə canlı olaraq baxmaq daha yaxşıdır.Bu arada filmdə 18+ səhnələr var. Kitabın Türkçe versiyası da var.("Koku") Sonda sizə bir sualım var: Sizcə,Jan Batisti qatil olmağa sövq edən onu qəbul etməyən cəmiyyətiydimi?Sevgisizlikmi bu insanı bu hala gətirmişdi? Fikirlərinizi rəyə yaza bilərsiniz
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
304 syf.
8/10 puan verdi
·
125 günde okudu
Parfümer
♧ Hadisələr XVIII əsr Fransasında baş verir. ♧ Əsərimizin baş qəhrəmanı Jan-Batist Qrenuy adlı biridir. Kitabda da Qrenuyun xüsusi və onu digər bütün insanlardan fərqləndirən istedadı, bu istedadın ona verdiyi xüsusiyyət sayəsində doğulduğu andan ölənədək yaşadıqları və yaşatdıqları yazılmışdır. ♧ Qrenuyu hamıdan fərqləndirən özəlliyi onun iyi bilmə qabiliyyəti, qoxulara olan həssaslığıdır. Beləki, o bütün var olan hər şeyi adı və görünüşü ilə deyil qoxusu ilə tanıyır.  Hətta o gözləri ilə deyil burnu ilə "görür". ♧ Bu fövqəltəbii xüsusiyyəti sayəsində müxtəlif parfümerlərin yanında şagirdlik edir və sənətin bütün incəliklərini öyrənir. ♧ Qrenuyun məqsədi qoxulara olan həssaslığından istifadə edib ölkənin ən yaxşı parfümeri olmaq deyil. ♧ Onun daha fərqli və qorxunc planları var. ♧ Bu planlarını həyata keçirmək üçün əsas  vasitə isə o, kürən saçlı qızın ətridir. ♧ İlk başda kitab elə də axıcı və cəlbedici deyildi. İlk 100 səhifədən sonra isə kitabdan ayrıla bilmirsən.
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
Reklam
304 syf.
7/10 puan verdi
·
Beğendi
Patrick Süskind
Patrick Süskind
Parfümer
Parfümer
Sonunda spoiler ola bilər. Bəlkə də ömrümdə ilk kitab olarki "Alsu bunun haqqında fikrini bildirə bilərsən?" desələr nə deyəcəyimi bilmirəm. Romanda Qrenuy adında baş obrazımız çox güclü iybilmə qabiliyyətinə malik biridir və hər bir insanın özünün qoxusunun olduğunu bilir. Amma bir problem varki Qrenuyun doğulandan özünə aid bir qoxusu yoxdur. Elə kuliminasiya nöqtəsi Qrenuyun özünə həmin iyi necə tapmasıdır. Onsuz Fransadan, Parisdən xoşum gəlmirdi. Bu kitab sayəsində 2-3 əsr əvvəlin də olsa buradan bir daha iyrəndim. Ümumiyyətlə kitabı oxuyanda çox dəyişik hisslər keçirdim. Kitabın sonu isə heç gözlənilməz oldu mənim üçün. Spoiler olacaq burda amma Qaraqan "Mələk" kitabınının bir hissəsini burdan götürüb bəlkə də. Mütləq oxumalısınız deyəmmərəm. Amma qəribə bir şey, bitirdikdən sonra nə hiss etdiyinizi anlamamaq istəyirsinizsə oxuya bilərsiniz
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201721,9bin okunma
264 syf.
·
Puan vermedi
·
4 günde okudu
Kokuların eşsiz gücü!
Bir arkadaşımla konuşurken ona kokulardan bahsediyordum. İnsanlarla ilk karşılaşmamızda  “kanım ısınmadı”, “çok cana yakın buldum”, “çok hanımefendi” ya da “çok beyefendi biri” gibi ifadeler kullanmamızın altında yalnızca o kişinin beden dilinden gelen mesajların ya da konuşmalarının değil aynı zamanda yaydığı kokunun da etkisinin olduğunu
Koku
KokuPatrick Süskind · Can Yayınları · 201821,9bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.