Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

304 syf.
7/10 puan verdi
·
Beğendi
Hər vaxtınız xeyir olsunBu gün sizə bir qatilin hekayəsi haqda danışacağam Amma bu qatil adi bir qatil deyil.Onun bir məqsədi var: DÜNYANIN ƏN GÖZƏL QOXUSUNU YARATMAQ....... ..."Bax elə burda, krallığın ən üfunətli yerində 17 iyul 1738-ci ildə Jan-Batist Qrenuy dünyaya gəldi".... Elə əsl hekayə də bundan sonra başlanır.18ci əsrdə Parisdə,üfunətli bir yerde doğulan,anasının belə sevmədiyi, ölümə tərk etdiyi bu uşaq nələr edə bilməzdi ki?....... Cəmiyyət də bu uşağı sevmədi, qəbul etmədi,amma Jan Batist hər şeyə dözdü,özündə yeni bir istedad kəsf etdi. O hər şeyin qoxusunu ən incə detalına kimi ayırd edə bilirdi.Bu istedadından insanların onu sevməsi,fərq etməsi üçün istifadə etmək istədi.O,dünyanın ən gözəl qoxusunu yaradacaqdır. Və bunun üçün hər şeyi etməyə hazır idi. Hadisələrin sonrakı gedişatını əsəri oxuyub öyrənin deyirəm Əsərdə ətriyyatciliqla bağlı xeyli məlumat da yer alıb.Bu hissələr məncə maraqlı idi,amma sıxıla da bilərsiniz... Filmdə isə bəzi hadisələr öz əksini tapmayıb,filmini çox sevmədim düzü.Amma sürpriz sonluqlu bir əsərdir.Eseri oxuyub filmi izləyin deyirəm.Son səhnələrə canlı olaraq baxmaq daha yaxşıdır.Bu arada filmdə 18+ səhnələr var. Kitabın Türkçe versiyası da var.("Koku") Sonda sizə bir sualım var: Sizcə,Jan Batisti qatil olmağa sövq edən onu qəbul etməyən cəmiyyətiydimi?Sevgisizlikmi bu insanı bu hala gətirmişdi? Fikirlərinizi rəyə yaza bilərsiniz
Parfümer
ParfümerPatrick Süskind · Qanun Nəşriyyatı · 201722bin okunma
·
185 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.