Ürəyin haradadırsa, xəzinən də oradadır.
8/10
·188 syf.··
2021 4. kitabı
Kitabı ilk oxuduğum vaxtla indiki vaxt arasında çox böyük fərq var. Niyəsə kitabı o vaxtlar sırf oxumuş olmaq üçün oxumuşammış kimi hiss edirəm. Amma bəlkə də baxış bucağının fərqliliyindən asılıdır. O vaxtki mən ilə indiki mən arasında olan fərqləri görmək açığı məni çox xoşbəxt edir. Bunun digər bir səbəbi də bəlkə fərqli tərcümələri oxumuş olmağımdır deyə düşünürəm. Nəysə, keçim kitab rəyinə. (Spoiler ola bilər) Bildiyiniz kimi, kitabda vaş verən hadisələr baş qəhrəmanımız Santiago'nun ətrafında keçir və gördüyü yuxu ilə xəzinə axtarışına çıxması ilə başlayır. Kitab çox sadə dil ilə yazılıb və düşünürəm ki, hər bir oxuyucunun anlaya biləcəyi bir ifadə tərzi var. İlk dəfə oxuyanda populyar olduğu üçün digər bəzi məşhur kitablar kimi çətin bir ifadə stili olacağını filan düşünmüşdüm amma yanılmışam. Düzünü desəm, sadə dili olsa da, ortala yaxın adam sıxılmağa başlayır, amma yarıda saxlayacaq qədər deyil məncə bu sıxıntı. Sadəcə bu "kişisel menkıbe" (...) olan yerlər bir az abardılmış kimi gəldi. Nə menkıbe imiş bu... Cümlələr təkrar edirmiş və sən də zamanla döngüyə girirsənmiş kimi hiss etdirir. (ya da bəlkə də elədir) Amma ən azından sonradan hadisələr irəlilədikcə sıxıntı da keçməyə başlayır. Bundan sonrasını da məncə müəllif yaxşı şəkildə toparlamağı bacara bilib. Yəni ki, əvvəllərdə hiss etdiyiniz o həyəcan son hissədə də özünü bəlli edir. Sonra baş verən hadisələr özü də onsuz maraqlıdır deyə süjet xətti axıcı olmağa başlayır və kitab boyunca bir çox önəmli məsələlərə toxunulur. Misal çəkməli olsam, məsələn, səbirin bizim üçün necə bir xəzinə və Allah tərəfindən göndərilmiş bir lütf olduğu gerçəyini daha yaxşı qavraya bilirik. - Məsələn, elə mən özüm də bu SƏBİR sayəsində daha səbrli olub kitabı bağlamadım deyə bilərəm :d Önyargımı da bir kənara qoyub davam etdim- Qısacası, bunun kimi insani dəyərlərin aynası olan bir çox ünsürlər çox yaxşı üslubla oxuculara çatdırılıb deyə düşünürəm. Əlavə olaraq da qeyd etmək istəyirəm ki, Santiago-nun özünü tapmaq uğrunda etdiyi bu səyahət mənə çox şey qatdı. Bu hekayəni oxuyandan sonra sizin də həyatınızda olan işarələrə diqqət etməyə çalışacağınızı düşünürəm. Kitabda da qeyd olunduğu kimi: "Yer üzündə hər insanın özünü gözləyən bir xəzinəsi vardır". Unutmayaq ki, bu dünyadakı yaşama məqsədlərimizi axtaran bizlər də öz həyatımızın baş qəhrəmanıyıq. Əgər bir şeyi tam qəlbimizlə istəsək, kainat onun gerçəkləşməsi üçün bütün səmimiyyətilə əməkdaşlıq edəcəkdir. Xoş mütalilələr :)
SimyacıPaulo Coelho · Can Yayınları · 2024246,9bin okunma
·
132 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Çok güzel yorumlamışsın.🙌🏻❤️
Zeynəb Gözəlova
Gönderi Sahibi
Teşekkürler 🤍