Bu gün C. Londonun "Beyaz Diş" əsəri haqda yazacağam. Əvvəlcə, yazıçı haqda bir -iki kəlmə də olsa bildirmək lazımdırsa əgər yazıçı qələmə aldığı "Martin İden" əsərini oxuduqdan sonra C.Londana qarşı heyranlığım olduqca artdı. "Beyaz Diş" əsərinə gəldikdə isə əsərlərin yorucu bir az da sıxıcı formada irəliləməsi məni həmişə bu əsəri oxumaqdan çəkindirirdi. Ki, buna görə də bir neçə aydan bəri idi ki, bu əsəri oxumurdum amma artıq zamanının gəldiyini hiss etdim və oxudum. Əvvəlcə onu deyim ki, Martin İdendən fərqli olaraq daha sadə dildə yazılmış oxuyarkən qram sıxılmadığım bir əsəri idi. Bu bəlkə də içimdə heyvanlara duyduğum sonsuz sevgidən qaynaqlandı :)
Boş vaxtlarınızı dəyərləndirə biləcəyiniz, hər kəsin çox sevəcəyinə şüphə etmədiyim əla bir əsər idi.