Kitab həqiqətən mükəmməldir, insana niyə varolduğunu, vaxtını düzgün gözəl keçirməyini, sevdiyin şeylərə daha çox vaxt ayırıb, sevmədiklərin üçün özünü yormamağın vacib olduğunu öyrədir və yazıçı çox gözəl izah edir, ifadə edir. Bu kitabı tövsiyə etdiyi üçün
admiral914 təşəkkür edirəm. Sadəcə kitabı oxuyarkən sürətli oxumayın, yavaş-yavaş, başa düşərək, zövq alaraq oxuyun.
Kitabı elə halımda oxudum ki, itmişdim məni özümə qaytardı deyə bilərəm. Sən də bildin necə çıxmazda qalmışdım beynimdə 100cür fikir var idi, kitab mənə antidepresant əvəzi təsir etdi. Belə qısa və təsiredici kitabları çox sevirəm