Spoiler içerir
10/10
·520 syf.··
Beğendi
·
2022 1. kitabı
Bir sevgi romanı ilə başlayıb, hədəfinə tam fokuslanan, həyatı boyunca yüksək təbəqəyə xidmət etməyi rədd edən, fəlsəfənin dərinliklərinə dalan tam nəsihətlik bir obraz... Həmin əsərdə Martinin zadəgan ailəsinə mənsub bir qıza olan sevgisini bu sözlərlə ifadə edib Jack London: Tanıdığı heç bir adam və heç bir qadın onda ölümsüzlük fikri oyandırmamışdı. Amma o qıza ilk baxdığı anda fısıldamışdı bunu... Ailəyə layiq olmaq, qızın qəlbini qazanmaq üçün yaşadığı yerdən, mövcud olan vəziyyətdən asılı olmayaraq gecə-gündüz oxumağı da danılmaz bir faktdır. Bu vaxt çərcivəsində Martinin günü-gündən böyüyən sevgisi ilə birlikdə eyni zamanda yazıçılığa olan marağı da artır. O bu ərəfədə kitab oxumağın, fəlsəfəni araşdırmağın onun üçün gələcəkdə çox böyük yol açacağını hiss edir. Lakin heç kim, ətrafında onu sevən heç kim bu sahədə uğur qazanacağına dair cüzi bir güvən belə duymur, yalnız özündən başqa. Yazdığı kiçik ancaq bir o qədər də təsirləndirici əsərlər onun yeganə ilham mənbəyi olur. Arada yaranan təbəqləşmə, uçurum qədər fərqin olması qızla Martin arasında geri dönüşü olmayan bir ayrılıq yaradır. Lakin tam da bu hadisə Martın həyatında dönüş nöqtəsi olur:Əsərlərin böyük qismi satılmağa başlayır, yayın mərkəzləri onun hekayələrini almaq üçün səbirsizlənirlər. Əfsuslar olsun ki, bu Martin üçün artıq heç nə ifadə etmir: Vaxtilə burjuaziya zadəganlarının yanında olmaq onun üçün əlçatmaz bir arzu idisə, indi onların əslində bir kölə olduqlarını, iradəsizcə yüksək təbəqəli insanların əlaltısı olmağı rahatlıqla qəbul etmələrini heç cür anlamır. Son olaraq deyə bilərəm ki, məhz o andan etibarən həyat onun üçün ucu-bucağı bilinməyən bir boşluq olur. Obraz öz hislərini əsərdə belə ifadə edir:Bu ana qədər ruhumun xəstə olduğunun anlaya bilməmişdim. Bir şeylər uçub getmişdi məndən. Həyatdan heç qorxmamışdım amma bir gün həyatdan doya biləcəyimi xəyal belə etməzdim. Artıq həyat məni elə doydurub ki heç bir şey arzu edə bilmirəm...
İnsan ve Duygular
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,9bin okunma
·
110 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.