Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

256 syf.
·
Puan vermedi
·
9 günde okudu
Yevgeni Zamyatin - Biz. Roman 1920-21'ci illərdə yazılıb. Şərhimin davamında tənqid edəcək olsam belə, ən başda qeyd etməliyəm ki, öz dövrü üçün həddindən artıq orjinal bir hekayə və əla təxəyyül məhsulu var ortada. Bunu təqdir etməmək günah. Zamyatin 21'ci ildə romanını yazır, 24'cü ildə də ingilis dilinə tərcümə edilir və oradan zamanla dünyaya yayılır. Ancaq... Öz ölkəsində çox problemli olur çap süreci. Əsərin təməlindəki tək dövlət, sistem, nəzarət tənqidləri dövrün senzurasından keçmədiyi kimi, yazıçı üçün ədəbi və şəxsi çərçivədə problemlər də yaratmış olur. Sadəcə 30 ildən sonra - 1952-ci ildə çap edilir, amma yenə də satışına qadağa qoyulur. Əsər ancaq 80'ci illərin sonunda - SSRİ'nin yavaş-yavaş süquta doğru getdiyi dövrdə normal şəkildə çap edilir və satışa buraxılır. George Orwell. Aldous Huxley. Ursula Le Guin. Bu adlar yəqin ki, çoxlarına tanışdır və altında bu yazıçılardan hansınınsa imzası olan ən az bir roman oxumusunuz. Heç yoxdan hamı Heyvanıstanı oxumuşdur deyə düşünürəm.:d Bu adlar, bu insanların yaratdığı distopiyalar məhz "Biz" əsərindən ilham alıb. Bəli, Biz mühüm, dəyərli romandır, çünki öz janrının - Distopik kurguların təməli, başlanğıcı, bir növ atası sayılır. Mövzusuna gəlsək.. Hekayə 26-cı əsrdə keçir. İkiyüzillik böyük bir xalqlar müharibəsi baş vermiş, qalib gələnlər büsbütün yeni, sərt, "xoşbəxt" bir rejim qurmuş və artıq bir neçə əsrdir ki, bu rejimi, bu dövləti ciddi cəhdlə mühafizə edirlər. Bu tək dövlət necə bir dövlətdi ? Haradan başlasam ki... Detalları çoxdu.:d Bu dövlətdə hər şeyə, amma sözün əsl mənasında hər şeyə nəzarət var. Sizin nə vaxt nə yeyəcəyinizdən tutmuş, kimlə (bəli.:dd) , nə vaxt , harada cinsi münasibətə girə biləcəyinizə qədər hər şeyi bilən, qərarlaşdıran, sistemləşdirən bir dövlət. Bu dövlətdə sevişmək okaydır, ancaq hamilə qalmaq və təbii yolla dünyaya uşaq gətirmək qəti qadağandır. (Cəzası infazdır.) Uşaqlar süni yolla bir fabrikada yaradılır. Daha sonra başqa fabrikalarda (baxça, məktəb tipli) yetişdirilir və cəmiyyətə atılmağa hazır fərdə çevrilir. Buna görə bu insanların - nömrələrin (növ olaraq hələ də homo sapiens saymaq olar haradasa. Ancaq özləri özlərini nömrələrlə adlandırırlar.) xarici görkəmi, sağlamlıqları, əmək qabiliyyətləri idealdır. Əslində bəzi baxımlardan sistemin müsbət tərəfləri var. Bu sistem insanları stressdən, maddi, mənəvi çətinliklərdən, xəstəliklərdən qoruyur, çox uzun və stabil - xoşbəxt həyat bəxş edir. Amma... Bunu məcburi surətdə edir. Bu sistemə görə, siz sağlam olmağa məcbursunuz. Əgər xəstələnmiş, ancaq bunu bildirməmiş, müvafiq müalicəni almamısınızsa cəzalandırılacaqsınız. İdeal yuxu qrafiki var. Amma yuxu saatında yatmamış olmaq yenə cəza səbəbidir. Bu dünyada konkret iş saatı, yemək saatı, istirahət və seks saatı var. Hər şey manyak bir dəqiqliyə - riyazi dəqiqliyə malikdir. Ahaa, açar söz məhz bu idi. Riyazi. İdarəçilər sistemi bütünlüklə riyaziyyat, məntiq üzrə qurublar. Onlara görə dünyada sadəcə dörd əməl (toplama, çıxma, vurma, bölmə) konkret dəqiqliyə, netliyə sahibdir, yalnız onlara etibar etmək və beləcə, yalnız onlar əsaslı qurulan, idarə edilən bir dövlətdə yaşamaq olar. Bu dövlət təbiətlə olan bütün bağlarını da kəsib. Burada heç bir heyvan, bitki yoxdur. Vəhşi təbiətlə insan dünyası arasına çox hündür sərhədlər çəkilib. İnsan - nömrələr it, pişik, quş, heyvan əti, meyvə, tərəvəz kimi anlayışları sadəcə tarix kitablarından oxuyublar, təsəvvürləri yoxdur. (Veganlar bunu bəyəndi.:d) Qidalar, geyimlər neft və digər üzvi maddələr əsaslıdır. Düzü, hekayədəki bir çox qayda və qadağanən məntiqini anlasam da, bu hissə bir qədər qaranlıq qalmışdı. Təbiətlə aralarında izolyasiya yaratmaqlarının səbəbi təbiətin vəhşi, xaotik görünməsimiydi ? Nəticədə heç bir nizamsızlığa, şübhəyə, tərəddüdə, bilinməyən ehtimallara, kontrolları altında olmayan şeylərə toleransı olmayan sistemdən danışır. Sistem o qədər dəqiq və tərəddüdsüzdür ki, seçimlər "formalite icabı" aparılır. Başçı əvvəldən məlumdur və dəyişməyəcək. Seçimlər tam açıq şəkildə aparılır, yəni sizin kimə səs verdiyiniz görülür, hətta daha doğrusu, kontrol edilir, əks səs verənlər nizamı qorumaq naminə "aradan götürülür".:d Çox çılğın bir dünyadan, sistemdən danışırmışıq kimi görünür, elə deyil ? Standartlaşdırılmış incəsənət. Şəffaf evlər. Dəqiqəsi dəqiqəsinə sistemləşdirilmiş həyat. Tanrılaşdırılmış dövlət... Amma hekayəyə daha yaxından baxdıqda, absurd - ya da ən azından indilik absurd olan - tərəflərini kənara qoyduqda çox da anlaşılmaz, qeyri-adi, yaşadığımız toplumlara uzaq toplumdan danışılmadığını görürük. Distopiyaların qorxunc (insana kafayı yedirten) tərəfi də budur deyəsən.:d Bu Tək dövlət bu günlərdə planetin hüdudlarından çıxmaq, digər qalaktikalardakı yaşamların izinə düşmək niyətindədir. Onların hədəfi başqa insanlara, yaxud insanabənzər canlılara da xoşbəxtlik gətirməkdir. Onların sözü ilə desəm, "xoşbəxt olmağa məcburdurlar". :D D-503 (bu dövlətdə insanların adı yoxdur, hər kəs bu formada hərf və rəqəmlərlə adlandırılır.) səmaya yollanacaq kosmik aparatın - İNTEGRAL'ın baş mühəndisidir. Onun hazırkı vəzifəsi bütün bu hazırlıq prossesini və əsas da özünün gündəlik müşahidələrini qələmə almaqdır. O bunu gələcək nəsillər üçün - onların kəşf edib "xoşbəxtlik" gətirəcəyi bizlər üçün edir. Hekayənin detallarla baxıldıqda maraqlı tərəfləri çoxdur. Amma distopiya janrından daha əvvəl heç oxumamış ya da oxuyub bəyənməyən oxuculara və ümumən hər zaman daha sadədilli, anlaşıqlı, axıcı kitablara üz tutan oxuculara əsəri qətiyyən tövsiyə etmirəm. Həddindən artıq yorucu, anlaşılmaz və darıxdırıcı bir mütaliə olacaq çünki. Bu yazı üslubunun səbəbləri nədir ? Hekayəylə bağlı olan, qəbul edilir iki səbəbi var : Birincisi, hekayə tamamilə riyaziyyat üzrə qurulan, yaşanılan bir dövlətdə məhz mühəndis olan, beyni sadəcə məntiq üzrə işləyən, bədii, emosional yönü kor biri tərəfindən yazılır. İkincisi, o öz həyatları üçün tamamilə norma sayılan şeylərin hansının gələcək, naməlum oxucuları üçün bəlli, hansının yeni, qeyri-adi olduğundan xəbərsizdir. Belə düşünün, sanki siz bir gündəlik tutursunuz. Başınıza gələnləri yazırsınız, arada hansısa bayram və ya peşəni də açıqlayırsınız, amma məktəb, darvaza, bıçaq, çörək kimi qavramları açıqlamağı unudursunuz, ya da nəyi necə açıqlamalı olduğunuzu bilmirsiniz. Bu iki nüans hekayənin dolaşığının uzun müddətə açılması üçün qəbul edilən səbəblərdir. Amma bir tərəfdən də hekayənin bir səbəb bağlanmayan qarışıq, yorucu tərəfi var. Fikirlər SÜREKLİ yarımçıq qalır. Hər dəfə bir şeyi danışmağa, düşünməyə başlayırlar və yarımçıq qalır. Və bütün əsərdəki demək olar ki, bütün obrazlar edir. Yəni nə qədər qeyri-adi, fərqli bir dünyada yaşasanız da, iki dost, iki sevgili bir otaqda oturub gündəlik söhbət edəndə sözünü yarımçıq qoya-qoya danışmaz axı. + anbaan yazılan bir hekayədə kiminsə otağa daxil olması, səslənməsi isə yarımçıq qalan bir fikir normaldır. Ancaq bu adam olanları günün sonunda vərəqə köçürür. Biz sonradan toparlanaraq yazılan xatirələri oxuyuruq. Belə xatirə yazanda həmin an ağlından keçmiş fikri tire qoyub yarımçıq saxlayıb növbəti olaya keçmək absurddur axı. Ən azından tam olaraq nə düşündüyünü, hiss etdiyini ifadə edib "amma bunu o an deyə bilmədim / edə bilmədim / düşünə bilmədim" kimi qeydlər qoymaq daha məntiqlidir. Yarımçıqlıqlar. Əvvəli ilə sonu rabitəsiz cümlələr. Anlaşılmaz fikirlər. Bir mənaya və yekuna gəlməyən dialoqlar. Hekayə boyunca dəfələrlə "mən indi nə oxuyuram axı" üsyanını yaşayırdım içimdə. Hekayənin gedişatı və sonu barədə spoiler vermək istəmirəm, onsuz da cansıxıcı tərəflərini dözülən edən nüans olayların necə bir yekuna bağlanacağına dair içinizdə yaranan maraq hissidir. Öz adıma sonunu bəyəndim deyə bilərəm. Xüsusən də, əsərin ardınca "Biz"in adından danışan, günümüz dünyasından (yəni, öz əsrindən) nümunələr verən yazıçının sonsözünü. Cəmiyyətlərin təməlindəki xaos, enerji və entropiya, və inqilablar barədə olduqca maraqlı fikirləri, tespitləri var. Əsəri oxuyub hekayəni məhz bu sonsözlə yekunlaşdırmaq bir şeyləri beyninizdə oturdacaq, fəlsəfi, sosioloji baxımdan həqiqətən bir şeylər qatmış olacaq. Biz. Oxunmağa dəyərmi ? Bunu demək çətindir. Başda qeyd etdiyim kimi janrla ulduzu barışmayanlar uzaq dursun qeyd şərtsiz. Ümumən isə oxumağa dəyər deyə düşünürəm. Doğrudur, əsərə özsöz yazan Ursulanı, əsərdən ilham almış "ədəbiyyatın qara dörtlüy"ünün digər nümayəndələrini (1984 / Faranheyt 451 / Yeni Cəsur Dünya) ədəbi və kurgusal baxımdan çox daha uğurlu hesab edirəm, amma yenə də... Hərhalda Zamyatinin hökuməti ilə arasındakı uçurumu daha da dərinləşdirən və ölkədən ömürlük çıxmasına səbəb olan dəyərli fikirləri var idi, hansı ki, bu fikirlərin üstünə düşünmək lazımdır... Belə. Xoş oxumalar hamıya<3
Biz
BizYevgeni İvanoviç Zamyatin · İthaki Yayınları · 20209,3bin okunma
·
464 görüntüleme
İnci Zadə okurunun profil resmi
İncələmə axdı getdi rəsmən. Əla idi. Həqiqətən. Uzun zaman sonra (ən son incələmən bəlkə də, çox uzun zaman öncə deyil, amma mənim üçün 1 həftədən artıq olanda uzun sayılır) tilsimi qırmağına dəyərmiş. Olduqca detallı, düşündürücü, eyni anda kitaba maraq oyadıb, sonra öldürüb, sonra təkrar maraq oyadan bir incələmə olub. Əllərinə sağlıq <3
Tinuviel okurunun profil resmi
Tək-tək şərh yazmış hər şeyə, yeyərəmm
4 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
Heyvanıstanı hələ də oxumamış mən 3-cü abzasda azca pərt oldum, amma lap azca
Tinuviel okurunun profil resmi
Ee hər dəfə nəsə belə bir şey deyirəm, sonra sındırılıram. Mən səni onu oxumuş bilirdim axı.:///
7 sonraki yanıtı göster
Samirə Abbasova okurunun profil resmi
George Orwell qələmi ilə tanışam, bəli. Distopik oxuduğum da 2 kitab xatırlayıram. Amma distopik janra qarşı necə bir fikirdəyəm, bunu aydınlaşdıra bilməmişəm hələ. Həm diqqətimi cəlb edirlər, həm də oxuyarkən düşdüyüm o dünyadan hüzursuz oluram. Durumlar karışık böyle :D Şərhə gəldikdə isə. Çox gözəl yazmısan. İlk baxanda "çox uzunmuş" deyə düşündüm, amma necə başlayıb-bitdi, xəbərim olmadı. Əlinə-əməyinə sağlıq, Tinuviell💜🍀
İnci Zadə okurunun profil resmi
Ouu incələmə, həm də gözləmədiyim bir kitab üçün incələmə. Oxumağa başlayım, hadi bismillah
Aceso okurunun profil resmi
İncələmən mükəmməldi, digər ikisini oxumamış yəqin ki bu kitabı oxumayacam, Farengeyt 451 çox axıcı idi, məsələn, sadəcə elə kitablara çox diqqət ayırmaq lazımdı. 🤌🏻 Amma Biz kitabını atam da tərifləmir deyə biraz belə qalmışam. 🤔
Tinuviel okurunun profil resmi
İfadə tərzi çox, çox pisdi ya.:/ Sırf bu janra marağın varsa, oxu bir gün. Ama belə də digərlərini oxuyub bunu ötürsən də olar😂
1 sonraki yanıtı göster
İnci Zadə okurunun profil resmi
İnsanları bu qədər süni şəkildə sistemləşdirmişkən təbiət onlarda ilkin hallarına dönmə istəyi yarada bilərdi. Hər halda sərhəd yaratmaları bununla bağlı imiş.
İnci Zadə okurunun profil resmi
Səsvermə hissəsi necə də tanış gəldi, Allah Allah, haradan görəsən? :D
İyun şehi okurunun profil resmi
İncələməniz uzun olanda oxumayacam deyib , sonra əvvəlini oxuyum deyirəm və birdə baxıram ki , axıb gedib tam olaraq . Çox gözəl incələmisniz məndə sizin paylaşımda görüb bəyənmişdim oxumaq istəyirdim . İncələməniz də oxumam gərəktiyini düşündürdü (çünkü distopya çox sevirəm ...)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.