Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

140 syf.
·
Puan vermedi
·
5 günde okudu
Cinayət və Cazadan sonra ruhum klassik rus ədəbiyyatı deyə bağırırdı )). Amma kaş ki, "yeraltından notlar"ı yox,başqa bir əsəri oxuyardım.Çünki çox qəliz və anlaşılmaz gəldi oxuyan zaman. Oxuyub bitirdikdən sonra kitab haqqında bəzi videolara baxdım və bəziləri kitabın ikinci bölümünü əvvəlcə oxumağı tövsiyə edirdi.Elə mən də bu cür fikirləşirəm.Kitab iki bölümdən ibarətdir. Birinci bölüm sanki daha çox fəlsəfidir.Yeraltı adamının hiss və düşüncələri yer alır bu bölümdə. Bu bölümü yenidən oxumağı fikirləşirəm çünki daha dərindən başa düşmək üçün bir dəfə kifayət eləmədi. İkinci bölümdə isə başından keçən bir neçə hadisədən söz açır qəhrəman. Qəhrəmanın adı yoxdur əsərdə. O "yeraltı adamı"deyə adlandırılır.Mənə bir az Raskolnikovu xatırlatdı.Bəlkə də Dostoyevskinin əksər qəhrəmanı eyni xarakterin cizgilərini daşıyır !? Oxuduqca görəcəyəm. Amma bu iki qəhrəman " yeraltı adamı"və Rodya mənə eyni tip insan kimi gəldi.Hər ikisi də insanlardan uzaq əzab çəkməkdən zövq alan insanlar kimi təsəvvür yaratdı düşüncəmdə. "Əzab çəkməkdən zövq alan" bax indi qəhrəmanın xarakterini bir cümlə ilə necə ifadə etmək olar tapdım.Yeraltı adamı çilədən zövq alır. Pozitiv və həyatı sevən ,həyat eşqi yanıb tutuşan bir xarakterə sahib olduğum üçün qəhrəman mənə elə də yaxın gəlmədi. Bu kitabı oxuyacaqlara mənim kimi yox, depressiyada olduqları ))və mənəvi cəhətdən özlərini pis etdiklərində oxumağı tövsiyə edə bilərəm .O zaman kitab daha da maraqlı olacaq məncə.
Yeraltından Notlar
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2020128bin okunma
·
205 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.