Puan vermedi·256 syf.····Okunma: 22 Ağustos 2022 20:01 Bu söz məni motivasiya edən ən güclü cümlələrdən biridir. Qaraqanın "Birinci addımını" oxuduqdan sonra da bu cümləni xatırladım.
Uğura nail olmaq üçün qırılmaz əzm göstərmək və həqiqətən öz'ümüzə inanmalıyıq. Hə, bu bəlkə Eynşteynin "Eyni səhvi edib, fərqli cavablar gözləyənlər axmaqlıqdır" deyimi ilə düz mütənasib olmayacaq, amma qoyun olmasın, bizi bu yolda çox tərsliklər gözləyəcək.
•Olduqca axıcı və maraqlı kitab idi, milyoner insanların çəkdikləri ümidsizlikləri görsək də, bu sadece pərdənin ön hissəsidir, bizə lazım olan arxa fonda nələr olduğudur, sizlərə söyləyim.
Yazarin "Mələk" əsərini oxumusunuzsa, dünyaya mələyin gəldiyini və insanların ona necə "sevgi" dolu münasibət bəslədiyini gördünüz.
Milyoner yaxud da varlı insanların dəbdəbəli həyatını və "xoşbəxt" olduqlarını görərik. Xatırladım ki, bunu səhnənin ön planında görərik. Ancaq yaşanmış meyusluqlar, çətin sınaqlar və hər kəsin ağlına gəldiyi amma ümidsizlik edib, yanaşmadığı ideyaları ugrunda mübarizəsi durur. Və nə zaman ki, milyoner olmağa nail olurlar, yaxın çevreleri tərəfindən "təkzib" olunurlar.
Bir fikir də irəli sürmək istəyirəm, "dilənən insanlar varlanmaq yolunda irəliləmirlər deyə təkzib olunarkən, varlılar bu yolu seçdikləri üçün təkzib olunurlar." Həqiqətən nədir bu insanları xoşbəxt edən ?
Mənim düşüncəmə görə, xoşbəxtliyi daxilində axtarmaq lazımdır. Bundan sonra ona doğru addımlaya bilərsən.
~Xoşbəxtliyinizi tapmanız diləyi ilə , xoş mütailələr.