Gönderi

10/10
·96 syf.··
Beğendi
·
2022 21. kitabı
Uraqan-Kəpənək ___ İlk öncə yazıçı Emin Abdullayev'ə imzalı kitabları üçün təşəkkür edirəm. Yaxşı ki, həm Emin bəylə, həm də kitabları ilə tanışma fürsətim oldu. Uğurlarının davamlı olmasını arzu edirəm ___ Uşaqlıqdan bəri ən sevdiyim canlılardan biri Kəpənəkdir. Rəngarəngliyi, zərifliyi ilə hər birimizi valeh edir. Jalə də kəpənəkləri çox sevir, bir kəpənəyinin olmasını arzu edirdi. Sevdiyi qadının bu arzusunu da yerinə gətirmək istəyən Emin, bir günlük də olsa, kəpənək olmağı xəyal edir. Bəs onun bu xəyalı reallaşarsa? Emin kəpənək kimi Jalənin yanına gəlir. Kəpənəyin möhtəşəmliyinə heyran qalan Jalə, Eminin də kəpənəyi görməsi üçün stəkanın içində saxlamağa qərar verir. Amma Jalə bilmir ki, Eminin gəlməsi üçün kəpənəyin getməsi lazımdır... ___ Kitabı əlinizə aldığınız anda 30-40 dəqiqəlik nağıllar aləminə düşəcəksiniz. Eminin sevgisindən əminliyi, incə ruhluluğu, şeir/kitab sevgisi mənim belə ruhuma toxundusa, Jaləni təssəvvür edə bilmirəm. Kitabın içində şeirlər var idi ki, onları da çox uğurlu hesab edirəm. Sonluğu isə məni çox təəccübləndirdi. ___ Gənc yazarlarımızdan belə uğurlu kitabları görmək məni sevindirir. Öz ədəbiyyatımızın davam edə bilməsi üçün qələmi güclü yazarlarımıza ehtiyac var. Emin bəy də bu yolda əmin addımlarla ilərləyir, ümid edirəm növbəti kitablarından da belə ürəklə yaza biləcəm. ___ #laviniabooks #uraqanabdullayev #kəpənək #books #30 #butterfly
Edebiyat
KəpənəkUraqan · Xan Nəşriyyatı · 2022119 okunma
·
204 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.