Puan vermedi·160 syf.··Beğendi
· Həyatdakı barışmaz ziddiyətlərə əsaslanan bir sevgi romanı...
Baxdığımız zaman əsərin əsas qəhrəmanı Raif Efendinin insanlarla heç bir mənəvi bağ qurmadığını, həyatdan ümüdünü kəsmiş kimi heç bir həvəsə və sevgiyə qulluq etmədiyinin şahidi oluruq. Bəs Raif Əfəndinin bu qədər duyğusuz və ürəyini yoran bir qadının həyatı boyunca ona bədbəxtlik üzərində qurulmuş həyat verəcəyini kim bilə bilərdi? Sabahattin Ali baş qəhrəmanın Maria Puder’də gördüyünü bu şəkildə ifadə etmişdi: Raif Əfəndi onda Xalid Ziyanın Nihalindən, Vəchi Bəyin Məhcurəsindən, Cəngavər Buridanın sevgilisindən və tarix kitablarından oxuduğumuz Kleopatradan, hətta mövlud dinləyərkən təsəvvür etdiyimiz Məhəmmədin (S.A.V) Əminə anasından birər parça görürdü. Əslində elə bu cümlə Raif Əfəndinin sevgisinin heç bir şeylə ölçülməyəcək dərəcədə geniş olduğuna sübutdur.
Lakin müəyyən məsələlərdən sonra yaranan zaman aralıqları onunların ayrılmasına təkan verdi. Bu isə Raif Əfəndini həyatı boyunca faciəvi iztirabla yaşamağa vadar etdi. Baş vermiş həmin hadisə Raif Əfəndinin yalnızlığa məhkumluğu, istisnasız olaraq insanlara güvənsizliyinin timsalına çevrildi. O, öz həyatını belə ifadə etdi: Bu gün həqiqəti anlayıram: fəqət nəfsimi əbədi bir yalnızlığa məhkum etməyə məcburam. Həyat bir dəfə oynanılan bir qumardır, mən isə onu itirdim. İkinci dəfə oynaya bilmərəm...