Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

230 syf.
10/10 puan verdi
·
45 günde okudu
Əslində, şərh yazmağı düşünməmişdim. Amma könlümdən gəldiyini hiss edirəm bu an, yazasım tutdu :D Hakan Mengüç qələmini, həqiqətən, sevirəm. Unutduqlarımı xatırladır mənə, bəzən də yeni əlavələr edir zehnimə. Yazar'ın kitablarının ortaq bir xüsusiyyəti var: fikirlərin təkrarı, sadəcə hansı əsərdə təməl düşüncənin necə olmasından asılı olaraq dəyişir. Oxuduğum 4 kitabından ən fərqlisi "Gitmeli miyim Kalmalı mıyım" olmuşdu, həm mövzu, həm də tərkib cəhətdən. Amma hər halda, təkrarlarla qarşılaşmağım məni bu kitablara qarşı neqativ bir düşüncəyə salmır, göz yumuram və dəryaya qapılıb davam edirəm. Əvvəlki kitablarının daha şəxsi-inkişaf və fəlsəfə janrlarında olduğunu nəzərə alsaq, "Hiçbir karşılaşma tesadüf değildir" yazarın yazdığı ilk romandır. Hakan Mengüç'ün özünün yaşadığı hadisələr əsasında qələmə aldığı bu kitabda məni daha çox cəlb edən xüsusiyyətlər var idi. İlk başlarda təsadüf qılıfı geyindirilmiş hadisələrin gedişatında nəfəsimi tutduğum anlar oldu, sırf səbəbinə olan maraq və həyəcanımdan. "Emir Sultan Hazretleri seni çağırıyor" deyə həm başladı, həm də bitdi bu kitab. Yolun mənbəyində də, mənsəbində də çağıran eyni idi, amma çağırılan tərəflərin ruhən və qəlbən eyni olduğunu deyə bilməyəcəyəm. Həyatımda da təsadüflərə inancım yoxdur mənim. Bir neçə gün öncə bu barədə dostlarımla etdiyim söhbət əsnasında aralarından birinin fikri ağlıma izini qoydu: "Təsadüf icaddır, əslində, adını qoya bilmədiyimiz hər məchul şeyə təsadüf deyirik. O boşluğu doldurmaq üçün insan beyni acizdir". Haqlıdır. Allahın bizim üçün qurduğu bu düzəndə hər şey onun iradəsinə tabe olub davam edirsə, bunun nəyini təsadüf adlandıra bilərik ki? Azra və Hakan'ın "həcc" yolu hər ikisinin həyatında dəyişimlərə cığır açmaqla qalmadı, həm də anlayan, təfəkkür edə bilən oxuyucuya çox şey qatdı, deyə düşünürəm. Bu hekayənin başlarında mənliyindən uzaqlaşmış, özündən "ödün vermiş" olan Azra və hələ çıxacağı yolun ona nələri, kimləri qazandıra biləcəyindən bixəbər Hakan kitabın sonunda həmdəm olmuşdular. "Həm-dəm" farsca "birlikdə" və "nəfəs" sözlərinin birləşməsindən yaranıb "nəfəs yoldaşı" anlamını verir. Nəfsinin hakimi olan iki yol yoldaşına ən uyğun sufi termininin bu olduğunu düşünürəm. Azra bu hekayənin ən qazanclı insanı kimi çıxış etdi, məncə. Bu yolda özünü tapdı. Yaxşı istiqamətdə dəyişməyə, özünü yenidən qazanmağa, daha doğrusu, yenidən inşa etməyə inamla başladı və uğurla sonlandırdı. Ney ifa edə bilməyi də bacardı. Bütün çalışmalarının nəticəsində, ney qəbul etdi onu, səbrini, inadını... Bütün bu yol boyunca Dominik'in, Ahmet ağabey'in, Yuma'nın hekayələrinə şahid olmağıma, dərddaşları qismində bu hekayədə özümə yer verdiyimə görə məmnunam. Ən əsası Ahmet ağabey, "tır şoförü bir bilge". Xarakteri, duruşu və yaşayışı ilə önyarğı "atəş"ini söndürən su idi o. Zaman-zaman Həllac Mənsur, İmadəddin Nəsimi, Mövlanə Cəlaləddin Rumi, Şəmsi Təbrizi kimi şəxsiyyətlərin həyatlarından gətirdiyi nümunələr, sufi yurdu şəhərlərin tarixi təfərrüatları və o hər zamankı mükəmməl hekayələri ilə özünə heyran qoydu yenə Hakan Mengüç. Amma sırf bir məqam, Mövlanə'nin Şəms'sizlikdən yazdığı o məktublar... O məktublar qəlbimi fəth etdi mənim... Yalnız Mövlanə'ni mənə qazandırdığı üçün belə, Hakan Mengüç'ü qəlbimdə əvəzsiz bir məqama qoya bilərəm. Hərçənd, bunun üçün artıqlaması ilə səbəb var əldə...
Hiçbir Karşılaşma Tesadüf Değildir
Hiçbir Karşılaşma Tesadüf DeğildirHakan Mengüç · Destek Yayınları · 20215,9bin okunma
··
1.229 görüntüleme
Near okurunun profil resmi
Sadəcə, wow🤩👏🏻. Hər zamankı kimi mükəmməl olub. Yapıyorsun bu işi :d Təsadüflərə mən də, inanmıram. Allahın idarə etdiyi bir hadisəni təsadüf andlandırmaq absurddur. Hakan Mengüç ilə tanış ola bilməmişəm hələ🥲. Ümid edirəm, önümüzdəki il rahat və sərbəst şəkildə başlaya biləcəm. Sənin tövsiyələrinə dəyər verdiyimi bilirsən də. Əslində,
Yusuf Yüzlü Demir Yürekli
Yusuf Yüzlü Demir Yürekli
'ni 1 aydan çoxdur, bitirə bilmirəm, amma getmədən bitirəcəyimə də, söz vermişəm😌. Haydi bakalım, hayırlısı :D Bu möhtəşəm incələməni yazan əlinə, klaviaturana sağlıq♥️🌿.
Samirə Abbasova okurunun profil resmi
Ah, teşekkür ederim, Papatyam❤️🌼 Tanış olarsan İnşAllah ən qısa zamanda. Qazanarsan, məncə. Bilməzmiyim? Dəyər verdiyin üçün çox sağ oll❤️ İnşAllah sağ-salamat bitirərsən göz bəbəyimi😂❤️ Sənin də oxuyan gözlərinə, rəy yazan əllərinə sağlıq❤️
5 sonraki yanıtı göster
Sevaland okurunun profil resmi
Hakan Mengüç'ün qələminin təkrarlılığını daha tam bir kitabını oxumadan bildiyim üçün kitablarını oxuya bilmirəm. Alıntılarını gördükcə ağlımdan keçirdi ki, görəsən Samirə fərqindədirmi bu təkrarların? Hətta yazıb danışmaq istəmişdim bir dəfə. Və daha mən soruşmadan bu incelemendə bunun fərqində olubda özünü dəryaya kaptırdığını oxumaq sanki məni rahatlatdı😃 İncelemene gəldikdə isə, sadəcə əla ✨️
Samirə Abbasova okurunun profil resmi
Əgər eyni kitabın içində təkrarlar olsa idi, sevməzdim, narahat edərdi, bəlkə də. Amma bütün kitablarının ortaq xüsusiyyəti olaraq eyni mövzuları fərqli işləməsi qapadır o açığı😂 Ruh ikiziyiz ya, hiss edib demək ki, öncədən kalbim😂😂💕 Evet, göz görə-görə qapdırmışam😂👉🏻👈🏻 Oxuduğun və bəyəndiyin üçün, əsas sən çox sağ ol, Ay Parçasııı💕
4 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.