Bu mənim 1k dakı ilk incələməmdir. İncələməyə, bəyəndiyim və mənə çox şey qatacaq kitabdan başlamaq istəyirdim və məncə artıq vaxtıdır:)
Bu, müəllifinin Beyhan Budak olduğu oxuduğum ikinci kitabdır. Beyhan Budakı youtube kanalından da izləyirdim və həqiqətən işinin peşəkarıdır. İndi isə kitab haqqında danışım.
Kitab adından da bəlli olduğu kimi özünü inkişaf kitabıdır. Amma bu kitab, əsasən sosial şəbəkələrdə gördüyümüz abstrakt, yəni qeyri-real motivasiya cümlələri ilə deyil də, tamamilə insanların həyatlarından göstərilən misallarla müxtəlif situasiyaları izah edir. Kitab başlıqlara bölünüb və hər başlıq bir birindən fərqlənir. Kitabda çox önəmli məqamlara toxunulduğunu düşünürəm.
Bu arada 9/10 verməmin səbəbi bəzi yerlərdə təkrarlanmaların olmasıdır, amma yenə də göz yumula biləcək qədərdir.
Oxumağa dəyər məncə:)