Mənə ağacları göstərirdilər, amma onlara bəslədikləri sevgini o qədər də anlaya bilmirdim: sanki özlərinə bənzər varlıqlarla ünsiyyətdəydilər. Bilirsinizmi, onlarla danışdıqlarını söyləsəm, bəlkə də, yanılmaram. Hə, onlar ağacların dilini tapmışdılar. İnanırdım ki, ağaclar da bu insanları başa düşür.