Gönderi

8/10
·136 syf.··
Beğendi
·
2022 4. kitabı
Rasim Özdenören – Gül yetişdiren adam 70ci illərdə Türk ədəbiyyatında “ Yedi Güzel Adam “ adam kimi tanınan şairlərdən və ədəbiyyatçılardan biri olan Rasim Özdenörenin sevilən kitabıdır. Yazarın poeziya dili isə ilk nəzərə çarpan məqamlardan biridir, geniş təsvirlərə rast gəlməyinizə baxmayaraq bu sıxıcı təsir bağışlamır. Müəyyən yerlərdə yazarın təsvirində müəyyən zəifliklər olmasına baxmayaraq uğurlu bir kitab hesab etmək olar.İki baş qəhrəmanın həyat hekayəsi paralel şəkildə işlənib. Qurtuluş müharibəsində iştirak edərək bütün dostlarını müharibədə itirən 80 yaşlı bir kişinin 50 ildir evindən çıxmayaraq gül yetişdirməsi və qərb mədəniyyətinin təsiri altında qalaraq öz milli dəyərlərini itirən bir qrup gəncdən bəhs edilir. Dindar bir şəxs kimi tanınan Rasim Özdenören kitabın sonuna doğru hər iki məqamda neytral qalsa belə son səhifələrdə öz subyektiv yanaşmalarını göz önünə çəkir. Dəyişən həyatların, inkişaf edən şəhərlərin təsviri, səmimiyyətsiz insan münasibətləri, ucuzlaşan sevgi sözləri və bu dəyişikliyə 50 il sonra etiraz edən gül yetişdirən adam. Melanxolik bir ab-hava ilə doludur kitab. 136 səhifədən ibarətdir və zövq alaraq oxuna biləcək bir kitabdır.
Edebiyat
Gül Yetiştiren AdamRasim Özdenören · İz Yayıncılık · 202121,6bin okunma
·
114 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.