_Bu gecə. Bu qoca. Bu ocaq._
Kəbrlinski kimi adın ola, düz əməlli rol oynaya bilməyəsən..
Yazarın Kəbrlinski kimi bizə tanıtdığı Feyzulla obrazı "Ağ liman" əsərindəki Nemət obrazı kimidir. Belə ki, Anarı küncdə-bucaqda qalan, heç bir istedadı olmayan, xırda bir insanın taleyi maraqlandırır. Əsər boyu, Siyavuşun istehzası, Həcərin çarəsizliyi, Eldarın həyatda özünə yer edə bilməməsi hissləri ilə üzləşirik. Əsərdə oynadığı rollara rəğmən teatr həyatından kənarda qalmış, başqaları tərəfindən həyatı maraqsızlaşdırılmış insanın öz həyatını maraqlı etmək istəyi canlandırılmışdır. Əslində Feyzulla özünün istedadsızlığının fərqindədir. Əsər cəmiyyətdən autsayderdə qalan, arvad sarıdan bəxti yarımayan, iş yoldaşları tərəfindən məsxərəyə qoyulan obrazın var olmaq uğrunda çırpınışlarından bəhs etməkdədir. Əsərin səhnələşdirilmiş variantı da mövcuddur. Kəbrlinski rolunun ifaçısı Həsən Turabovdur. Əsər 1968-ci ildə səhnələşdirilmişdir.