Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Terrorçular çini qablar dükanını dağıtmağa çalışan milçəyə bənzəyirlər. Milçək o qədər gücsüzdür ki, bir fincanı belə yerindən tərpədə bilməz. Buna görə də, o özünə bir öküz tapır, onun qulağına girib vızıldamağa başlayır. Öküz isə özündən çıxıb qorxu və qəzəb içində bütün dükanı alt-üst edir. Son 10 ildə Yaxın Şərqdə baş verənlər bundan ibarətdir. Radikal islamçıların Səddam Hüseyni devirməsi əsla mümkün deyildi. Buna görə də, onlar 11 sentyabr hücumları ilə ABŞ-ı qəzəbləndirdi, Birləşmiş Ştatlar isə onlar üçün Yaxın Şərq çini dükanını yerlə bir etdi. İndi onlar dağıntıların arasında cücərməyə başlayıblar... Terrorçular bizi təhrik edə bilərlər, amma son nəticədə hər şey bizim reaksiyamızdan asılıdır.
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.