Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Başına pis bir iş gəlsə, ən çox mən kədərlənərəm. Amma yenə də məni üzü üstə buraxıb getdiyin halda, şadyana yaşamağını arzulamağı bacarmaram. Dünya üzərindəki heç bir insan bu qədər ali deyil. İnsan üçün öz varlığı kainatdaki toz dənəciyi deyil, büsbütün kainatın özüdür. Bəzən insan ortada heç bir səbəb yoxkən kiçik bir məsələni böyük bir hadisəyə çevirib, həmin yoxdan var etdiyi məsələ gerçək nifrətə çevrilənə qədər böyüdər. Bunu ehtiyacdan yox tamamilə qaranlıq bir maraqla, qarşısına keçmək istəmədiyi könüllü acizliklə edər. Çünki insan, anlaşılması mümkünsüz, dürüstlükdən tamamilə uzaq, yalnız öz şəxsi maraqları və heç vaxt doymayan zövqü üçün yaşayan bir varlıqdır. Harada ki, öz dürüstlüyü, insanlara qarşı duyduğu saf və qarşılıqsız məhəbbəti ilə fəxr edən birini görsən, ondan qaçaraq uzaqlaş. Çünki o insanlar ən qatı cinayətkardan, ömrünün hər günü dilənən bir əyyaşdan, hətta yalançı olduğunu öz dili ilə etiraf edən birindən belə daha yalançıdır.
Məsudə Cabbar
Məsudə Cabbar
·
97 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.