Puan vermedi·176 syf.··
2022 1. kitabı
Ahmet Şerif İzgören kitabın adını orta məktəb illərindəki bir ingilis dili imtahanında "the elephant is the only animal in this world with a trunk" cümləsini "bu xortumlu dünyada fil sadəcə bir heyvandır" kimi tərcümə edən son dərəcə ağıllı və məntiqli sinif yoldaşına ithafən qoyub :)) Anam isə kitabın adı haqqında belə düşünür; Fil xortumu olan nəhəng, yeganə heyvan olsa da insanlara zərəri olmayan adi bir heyvandır, amma insanlar onlardan fərqli olaraq burunlarını hər yerə soxan, insanlara zərər verməyi sevən olurlar :)) Kitabın adı qədər içindəkilər də olduqca maraqlı, düşündürücü və mənalıdır. Yazar öz pozitivlik ruhunu oxucuya çox rahat formada çatdıra bilib. Bir neçə vərəqlərdə üzümü çox güldürdü :) 23 mövzudan, hər mövzu isə real həyat hekayələri, yazarın öz yaşadıqlarından ibarətdir. Bu kitabı oxuduğum müddət ərzində məni düşündürən, hətta heç düşünmədiyim bir çox suallara cavab tapmışam. Bildiyim qədərilə 2-ci hissəsi də var. Qismət olarsa davamını da oxumağı çox istəyirəm.
Şu Hortumlu Dünyada Fil Yalnız Bir HayvandırAhmet Şerif İzgören · Elma Yayınevi · 202428,1bin okunma
·
148 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.