Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 saatte okudu
Ölmək - yuxulamaq, əbədi yatmaq
"Budur yolu kəsən"
Lev Tolstoy
Lev Tolstoy
1886-cı ildə ədəbiyyata yeni bir obraz gətirdi: İvan İliç. Onun yaşamaq və ölmək dilemması isə hər birimizin faciəsidir. "İvan İliçin ölümü" əsəri İvan İliç adlı hakimin ölüm xəbəri ilə başlayır. Dostlarının onu son mənzilinə yola saldıqdan sonra isə kitabın əsas hissəsi - İvan İliçin həyat hekayəsi başlayır. Bu, qıraqdan qısa bioqrafiya kimi görünsə də, burada daha dərin məsələlər var. "Mən olmayacağam, bəs onda nə olacaq?" İnsan doğulur, yaşayır və ölür. Bu bioloji və dəyişməz prosesi, yəqin ki, bilməyən yoxdur. Bəs dərk edən neçə nəfərik? İnsan doğulur, yaşayır... ölür. Ölür? Necə yəni? Deyəsən, bu sual ancaq ölüm qapımızı döyməyə başlayanda - yataqda tərpənməz dayananda ortaya çıxır. Uşaqlığın gözəl çağlarını heç kim unutmaz. Hələ ömürlərinin heç beşdə birini yaşamamış uşaqlar yaşamağın nə olduğunu yeni başa düşürlər. Qayğısız illərin yerini məktəb illərinə buraxır. Artıq öz "binalarının" təməlini atmağa başlayacaqlar. Mən kim olacağam, hansı peşə, hansı iş, hansı gələcək. Çalışmağa başlayırlar. Məktəb bitir, universitet başlayır. Yenidən fasiləsiz çalışmağa, öz həyatlarını daha yaxşı vəziyyətə gətirməyə çalışırlar. Universitet bitir, iş başlayır. Daha yaxşı iş, daha yaxşı pul deməkdir. Daha yaxşı iş həm də daha çox zəhmət mənasına gəlir. İnsanlar başlayırlar işləməyə. İllər keçir, heç kim başını qaldırmadan işləməyə davam edir. Bir tərəfdən də ailə qurmaq vacib gəlir. Ən yaxşı həyat yoldaşı tapmaq üçün düşürlər yola. Sonda isə nişan, yeni ailə. Bu iş də artıq hazırdır. Amma yenə çox işləmək lazımdır. Bu insanlar yenidən çox işləyirlər. Nüfuzları artır, pullar çoxalır. Zaman yaşa yaş qatır, ömürdən ömür oğurlayır. Bu insanlar işləyib yorulurlar. Başlarını qaldıranda görürlər ki, saçlar bozarıb, əllər titrəyir. Yarpaqlar tökülüb, evlərinin qarşısındakı ağac kəsilib, yaxınlar qocalıb, uşaqlar böyüyüb. "Nə olar, qocalıqdır da" deyərək qalxırlar masanın arxasından. Sonra fikirləşirlər ki, nə ölmək, o qədər iş görmüşəm. Başqalarının ölümünü görür və düşünürlər ki, onlar ölür, mənsə yaşayacağam. Hər şey isə yatağa girəndə baş verir. "Bəs mən olmasam birdən? Nə olacaq? Bu həyat necə davam edəcək?" "Və ola bilməz ki, mən mütləq ölüm". Faciə bu zaman baş verir. Özlərinin necə öləcəklərini düşünə bilmirlər. "Bu qədər zəhmət bunun üçün idi?" Ağrılar içində qıvrılarkən ağıla təkcə bir fikir gəlir: "Bu da keçər. Uşaqkən az xəstələnməmişik ki". Bu həyatla aralarındakı bağ get-gedə qırılma nöqtəsinə çatdıqda isə hər şey başa düşülür. Ölümün mütləqliyi dərk edilir. ."Mən nə yaşadım ki?" Bəli, bizlər nə yaşadıq ki? Başımızı işdən ayırmayaraq nə yaşadıq ki? Həyatı bir oyun kimi gördük, bütün tapşırıqları yerinə yetirdik. Tək bircə şey qaldı, o da həyatı həyat kimi yaşamaq. Xoş xatirələr yaratmaq, sevmək və sevilmək, hər dəqiqədən həzz almaq və xoşbəxt olmaq hər bir işdən vacib idi. Biz özümüzə hörmət etmədiyimiz kimi insanlar da bizə şəxsiyyət kimi yanaşmadı. Biz məqam olduq, iş olduq, pul olduq, amma insan ola bilmədik. Özümüzə bu adı verməyə macal tapmadıq."Kaş bu həyatı da daha yaxşı yaşaya bilərdim" İvan İliç də bu duyğu ilə həyatdan köçdü. Bütün ömrünü masa arxasında, digərlərinə hökm kəsərək, kart oyunu və ailə problemləri ilə keçirdi. Bu həyatdan vaxtsız köçəndə isə anladı ki, həyatı boş-boşuna, diqqətə almaya-almaya, ötürə-ötürə keçirib. Görüləsi çox şeyi görmədən, eşidiləsi çox şeyi eşitmədən, anlaşılası çox şeyi anlamadan bu dünyanı tərk edir. Geridə isə onun yerini tutmağa çalışan dostlar, yalandan göz yaşı tökən yaxınlar və onsuz da davam edəcək bir dünya qalır. Artıq heyrətamiz musiqi sona yetir. O isə musiqi boyunca yatmışdı.
İvan İliçin Ölümü
İvan İliçin Ölümü
əsərində olumu ölümdən üstün qılan, lakin olumuna dəyər verməyən bir bəşər rəsm olunub. Bu bəşər kimdən ibarətdir bəs? Doğrudan, kimdir ölülər: cismən həyatdan köçüb gedənlərmi, yoxsa həyatla əlaqə qura bilməyən bizlərmi? "Solur cürətimiz bir çiçək kimi".
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Qanun Nəşriyyatı · 201845,1bin okunma
·
116 görüntüleme
MNPL okurunun profil resmi
Halal olsun dayoğlu
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.