Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
·
Puan vermedi
·
Beğendi
·
10 günde okudu
İlk incələməm!
Albert Camus ilə ilk tanışlığım "Yabancı" kitabı ilə olmuşdu. Absurdizm fəlsəfəsi diqqətimi çəkdiyi üçün bu kitabını da oxumağa qərar verdim. Əvvala, yəqin ki hamımız həyat, həyatın mənası və ya mənasızlığı haqqında düşünmüşük. Hər birimizin bu barədə fikirləri subyektivdir. Kamyuya görə həyat mənasız və absurddur. Kamyu düşünür ki, həyatın mənası (əgər varsa da) insan sərhədlərindən kənardadır. Bu "məna"nın nə olduğunu bilməyimiz mümkün deyil. Səhifə 65-də belə bir alıntı var: "Kendi koşulumun dışında olan bir anlamın benim için anlamı ne? Ben ancak insan ölçüleriyle anlayabilirim." Kamyu, tanrılar tərəfindən cəzalandırılmış Sizifin bir daşı təpəyə təkrar-təkrar yuvarlamağını insanın davamlı mübarizəsinə bənzədir. Bəzilərimiz Sizifin vəziyyətinin acınacaqlı olduğunu düşünə bilərik. Amma Kamyu onu öz taleyini qəbul edən, eyni zamanda təpədən enərkən, düşdüyü vəziyyəti düşünüb dərk etməyə yaxınlaşdığı anlarda bir növ rahatlıq və xoşbəxtlik tapan absurd bir qəhrəman kimi görür. Kamyuya görə, insanın atmalı olduğu ilk addım həyatın absurd olduğunu qəbul etməkdir. Amma bunu da qeyd etmək lazımdır ki, həyatın mənasız olması onun yaşanmağa dəymədiyi anlamına gəlmir. Həyat nə qədər çox mənadan yoxsundursa, o qədər çox yaşamağa dəyərdir. Qısacası, intihar absurd həyatın məntiqli çıxış yolu deyil. Mütləq yenidən oxumağım lazım olan kitabdır!
Sisifos Söyleni
Sisifos SöyleniAlbert Camus · Can Yayınları · 20238,4bin okunma
·
40 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.