Gönderi

#tüstüləndim
10/10
·568 syf.··
2022 10. kitabı
Bir oturuşa 12-13 saatımı xərclədim bu kitaba. Toxtadım. Neal Stephenson və Thomas Pynchon yeganə iki yazıçıdı ki, oxumaq istəsəm də, oxumaqdan illərdi ki, yayınıram. Başımçün deyildi. Pynchon'la siftəmi elədim keçən il. İndi də növbə Stephenson'daydı. Kitab elmi fantastikanın alt-janrlarından olan sayberpank(cyberpunk) üslubundadı. İzahedilməsi çətin janrdı, amma qısa desək yüksək texnologiya və elmi inkişafın urbanlaşmış distopik dünya ilə birləşməsindən ortaya çıxan bir ortamın təsviridi desəm, sizin də ağlınızı özümünkü qədər qarışdırmış olaram. Konkretləşdirək: Kitab başına xüsusi silah taxdırmış bir personajla başlayır, hansı ki silahı beynindəki hipofiz vəzisinin ifraz etdiyi hormonla idarə edir, iradəsi daxilində silahın atəş açmasına səbəb ola bilir. 4 il əvvəl bu hissəni oxudum, dedim, aqa, hələ vaxtı deyil. Bu dəfə kitabı "Dartanyanlar" kitab klubunun Novruz oxu marafonu üçün seçdim və bitirdim. Kitaba 30 səhifə tab gətirəndən sonra o qarışıq gələcəyə öyrəşdim, hekayənin içində itdim. Deməli Hackworth adlı mühəndis bir zadəganın istəyi ilə interaktiv bir kitab hazırlayır. Həm zadəgan, həm də mühəndis mövcud cəmiyyətdən, nanotexnologiya ilə deqredasiyaya gedən vəziyyətdən narazıdılar və ənənəvi təhsil sisteminin də bu korruptə olmuş gələcəkdə uşaqlar üçün bir şey gətirməyəcəyinə inanırlar. Amma Hackworth zadəganın nəvəsi üçün hazırlatdığı kitabın təkcə o qızın haqqı olmadığını düşünür, kitabı kopyalatdırıb birini də öz qızı üçün saxlamaq istəyir. Söhbət qarışır və nüsxə Nell adında söhbətə dəxlisi olmayan kasıb bir qızın əlinə düşür. Kitabın təhsil metodikası nağıl üzərinə qurulub. Ətrafında baş verənləri dinləyir, yaddaşına yazır və onu Qrimm qardaşları hekayələri tərzində bədiiləşdirir. Kitab bu mövzudan getdikcə qol-qanad açır və elə yerlərə gedib çıxır ki.. Deyirlər ki, cyberpunk William Gibson ilə həyat tapdı, amma N. Stephenson bu janrı nəinki irəliyə apardı, hətta post-cyberpunk janrını dünyaya gətirdi. Kitab bütün bu qarışıqlıq içində fəlsəfə üzərinə maraqlı söhbətlər edir, müəllifin Konfutsiyə olan heyranlığı da özünü bəlli edir. Sonunu tam qavradığımdan əmin deyiləm, bir az araşdırmalıyam, amma ümumilikdə möhtəşəm bir təcrübə idi.
Elmas ÇağıNeal Stephenson · Altıkırkbeş Basın Yayın · 201244 okunma
·
171 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.