Puan vermedi·208 syf.··Beğendi
···Okunma: 10 Ekim 2022 00:00 Rey Bredberi elmi-fantastik janrın şahlarındandır desək yanılmarıq yəqin ki. Hadisələri və var olan yaxud olmayan hər hansı bir şeyi təsvir etməsi olduqca fərqli və cəlbedicidir, eyni zamanda bir o qədər də ustalıqla işlədiyinə işarədir. Bredberinin bu əsəri yenə də fantastikanın və eyni zamanda təxəyyülün sərhədlərini sınamış və nəticədə möhtəşəm bir iş ortaya çıxmışdır. Elmi-fantastikanın zirvəsi adlanan bu əsər dövrümüzdən çox-çox uzaqlarda - gələcəkdə baş verən hadisələrdən bəhs edir. Yazıçı əsəri başdan sona qədər bir kitabxanada köhnə bir çap maşınında yazdığını qeyd edir. Kitabda bir "yanğınsöndürən"in həyatında baş verən hadisələrdən və bu hadisələr nəticəsində anidən onun yenidən doğulmuş kimi bir anda hər şeyi anlayıb ayılmasından söz açılır. Kitabda bəhs edilən dövrdə artıq insanlar texnologiyanın "oyuncağı"na çevrilmiş bütün günü şənlənir, müxtəlif əyləncələrə sərf edir və kitab, qəzet və s. haqqında heç düşünmürlər belə. Hətta vəziyyət o yerdədir ki, hardasa kitab varsa bunu həyəcan siqnalı ilə xəbər verirlər və bu kitablara nifrət bəsləyirlər. Yanğınsöndürənlərin işi baş verən yanğınları söndürmək deyil də kitabları yandırmaq olub. Onlar qalan bütün kitabları tapır və hətta bəzən bu prosesə əngəl olmaq istəyən kitab sahibləri ilə birlikdə yandırırlar. Bu isə bir növ insanları sadəcə bir neçə lazımsız fəaliyyətlə məşğul edərək onları korlaşdırmaq və dünyadan bixəbər etmək məqsədi daşıyır. Əsərin baş qəhrəmanı Qay Monteq tapdığı bir neçə kitabı oxuyaraq bu işdə bir tərslik olduğunu anlayır və bunun ardınca hadisələr getdikcə alovlanır.
Rey Bredberinin əsərlərinin qəribə bir xüsusiyyəti var ki, əsəri oxuduqdan bir müddət sonra hadisələr anidən aydınlanır. Lap başlanğıcda bir qədər kitab sizə anlamsız gələ bilər. Lakin səbrli olub davam etdikdə bu anlamsızlığın qəribə bir formada bir sirr olduğunu anlayırsınız.
Bir kitabsevər olaraq kitablara nifrət və onların məhv edildiyi bir əsəri oxumaq olduqca fərqli bir təcrübə idi. Elə yazıçı özü də belə bir hadisədən ilhamlanaraq bu əsəri yazmışdır. Qeyd edim ki, kitabın adı olan "Farenheit 451" farenheit şkalası ilə 451 dərəcənin kağızın od tutub alovlandığı dərəcə olması ilə bağlıdır.