Gönderi

•Sərxoşun şeiri... ( Anar Həbiboğlu ) Gözünə girərəm gözündən ötrü, Qorxursan görərlər, görüşə gəlmə. Yaman darıxmışam səsindən ötrü, Zəng eylə danışaq bir-iki kəlmə. Könlümə, ruhuma əziz bilmişəm Qəlbimi köksümdən alan sözləri. Müqəddəs bilmişəm, təmiz bilmişəm Mənə danışdığın yalan sözləri… …gözümdə o qədər ucasan, uca, Gözlərim qaralır, əllərini ver. Belə ucalıqda alışmaq olar, Belə ucalıqda yaxılmaq olar. Nə qədər hündürdü oturduğun yer O qədər əzabla yıxılmaq olar… …sənin sağlığına bu son badəni, Qədəhimə süzmə, süz ürəyimə. Hər dəfə gözümdən salırlar səni, Salırlar, düşürsən düz ürəyimə…
·
91 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.