Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Zənginlik və yoxsulluq
Zəngin ölkələrdə insanlar daha sağlamdır, daha uzun yaşayır və daha yaxşı təhsil alır. Onlar tətillərdən tutmuş karyera yollarına qədər, yoxsul ölkələrdəki insanların yalnız arzu edə biləcəyi müxtəlif imkanlara sahibdirlər. Zəngin ölkələrdəki insanlar çala-çuxurun olmadığı yollarda avtomobil sürür, evlərində kanalizasiya, elektrik və su xəttindən istifadə edir. Adətən belə ölkələrin hökumətləri öz vətəndaşlarını istədiyi vaxt həbs etmir, ya da sıxışdırmır; əksinə, bu hökumətlər onlara təhsil, səhiyyə, yol, asayiş və digər xidmətlər göstərir. Mühüm bir məsələ də bundan ibarətdir ki, vətəndaşlar seçkilərdə iştirak edir və ölkənin hansı siyasi istiqamətdə irəliləyəcəyini müəyyən etməkdə söz sahibi olurlar.
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.