Alex pis bir insandır.Ludovica üsulundan istifadə edərək Alexi sağaltmaq istəyən həkimlər ilk öncə ona iynə vurub mədə baş ağrıları kimi mənfi təsirlər göstərdikdən sonra yalnız müharibə, döyüş, qəddar filmlər izlədərək bu iki hadisənin eyni anda baş verməsini təşkil edirlərki, gələcəydə hər hansı pis hərəkətində travmatik olaraq Alexin bədəni buna imkan verməsin.Alex bədəni və zehni arasnda bir döyüş içərisindədir.Kitabın bu hissəsində Descartesin fikirləri yadıma düşdü. Ona görə bədən şübhə ediləbilən amma zehin şübhə ediləbilməyəndir. Özümü bədənim olmadan xəyal edə bilərəm,bir bankanın içərisindəki beyin teoremi kimi bir simulyasiyada ola bilərəm,amma zehnim olmadan özümü təsəvvür edə bilmirəm. Özümü zehinsiz şəkildə xəyal edəndə belə zehnimdən istifadə edirəm. Descartesə görə zehin və bədən ayrıdır.Alexində zehni pisliyə cəhd etsədə,bədəni buna imkan vermir Azad düşüncəsi olmayan Alexin yaxşı və pis insan olması deyildə İnsan olması artıq sual altındadır. Keşişin fikri"Yaxşılıq içdən gəlir,yaxşılıq seçilən bir şeydir.Seçim edə bilməyən bir insan,insan olmaqdan çıxar."Pisliyi seçməyən bir insana yaxşı insan deyə bilərik, bəs pisliyi seçə bilməyən adama necə yaxşı insan deylə bilərikmi?Keşişə görə yaxşılıq və pislik,bunların arasında seçim edə bildymz zaman bir mənası olur.Seçim yoxdursa bunlarında bir mənası qalmır.Keşişin növbəti fikri"Tanrı yaxşılığı,yoxsa yaxşılığın seçilməsini istəyər?.Pisliyi seçən bir adam özünə yaxşılıq empoze(tətbiq)edilmiş bir adamdan bəlkədə daha yaxşıdır?Kitabı oxuyarkən daim içimdə ümid var idi,Alexin yaxşılığı seçəcəyi barədə hətta bir hissədə Alex İncili oxuyur lakin orda belə özünü İsaya qamçı vuran şəkildə xəyal edir. Burda artıq ümidm itdi. Alexin ailəsi, evi düzgün bir şəkildədir. Amma pislik bir seçim məsələsidir. Alex kitabın sonunda intihar edir lakin xəstəxanda gözünü açan Alex növbəti pisliyini düşünməyə başlayır çünki Ludovica üsulunun artıq bir təsiri qalmamışdır. Mənə görə əsər artıq burda bitməli idi. Davamda Alex dostu Piti görür və onun ailəsi düzgün yaşamını görüb buna imrənir və içindəki pislik artıq itməyə başlayır. Alex ailə,isti yuva istiyr. Əslində yazıçı kitabı Alexi pis insan olaraq bitirmək istəmədiyindən belə bir son fikirləşib. Lakin mənə görə Alex yaxşı biri olmaya qərar vermr sadecə sıxılır,yaş ötdüyündən və artıq pis əməlləri ona zövq vermədiyindən başqa bir yolu seçir, çünki keçmişdə elədiyi pisliklərlə bağlı bir peşmaçılıq hissi görmürük onda.Hər tərəfi ilə çox düşündürücü əsər idi. Təşəkkürlər My film friend