Sən heç ölülərin yaşadığı bir ev görmüsənmi?
10/10
·376 syf.··
Beğendi
·
2022 23. kitabı
·
15 günde okudu
·
Okunma: 01 Kasım 2022 00:00
Yolumu cismən var olub ruhən ölənlərin bir tək amal üçün yaşama tutunmağa çalışdığı bir "ev"dən salmaq, bu evin koridorlarında, otaqlarında addımlamaq, müxtəlif səbəblərdən taleyi bura ilə bağlanan məhbusları ilk dəfə həbsxanaya gətiriləndə, səhərin erkən saatlarında oyananda, çətin işlərə yollananda, qazandıqları pulu xərcləyəndə, axşamlar yenidən cəza evinə qayıdıb içində hər növ həşərat olan yeməklərdən yeyəndə, gecələr dəmir qapılar üstlərinə qapananda onları izləmək, müşahidə etmək, doğrusu, çox çətin oldu. . Qısqanclıq zəminində yoldaşını qətl edən, varlı təbəqədən olan baş qəhrəman 10 il müddətinə azadlıqdan məhrum edilir. Başlayır Həbsxanada keçirdiyi ağır günləri qələmə almağa. Və bu obrazın timsalında eyni zamanda biz Dostoyevskinin 1849-cu ildə sibirə sürgün edildikdən sonra yaşadığı çətin məhbus həyatını oxuyuruq. . 19-cu əsrin 50-ci illərində amansız, iztirablı cəzaların məhbuslar üzərində tətbiq edildiyi bu müəssisələrdə nələr baş verirdi? Həbs və sürgünlərin pərdəarxasında bir çox məsələni sətirləşdirən Dostoyevski insanlara özünün də qeyd etdiyi kimi fərqli aləmin - azadlıqda olan insanların əksəriyyətinin bilmədiyi detalları gün üzünə çıxarır. Həbsxana necə bir yerdir? Belə yerlərin varlığı hansı məqsədə xidmət edir? Fərqli-fərqli milliyyətdən olan qatil, oğru, narkoman, qaçaqmal ticarəti ilə məşğul olan, siyasi fikirlərinə görə tutulan və b. 200-dən çox məhbusun dar bir mühitdə yaşaya bilməyiş tərzi, "soylular"la digərləri arasındakı ayrı-seçkilik, məhbusların 1 gün ərzindəki ruh halı, həbsxana idarəçiliyi, fərarilik, "yuxarılar"dan şikayətlər, xəstəxanalar, məhbusla həkim münasibətləri, bayramların, fəsillərin cəzaçəkənlər üçün əhəmiyyəti, daha nələr, nələr var, hansı ki, Dostoyevski özü birbaşa əksəriyyətinin şahidi olub. Mənim daha çox üstündə dayandığım bi məsələ var; yazıçı günahsız yerə böhtan atılaraq həbs olunan insanların illər sonra bəraət almasından, günahsız olduğu halda gəncliyi məhv olan, 4 divar arasında haqqın yerini tapacağı günü həsrətlə gözləyənlərin taleyindən yan keçməyib. Analizlər, təsvirlər öz yerində. Dostoyevski həmçinin kitab vasitəsilə cəmiyyətə, əlaqədar qurumlara səslənir öz ritorik sualları vasitəsilə. Fikirlərimə elə həmin suallardan biri ilə yekun vurmaq istəyirəm: Bəlkə siz Dostoyevskinin sualına cavab tapa bilərsiniz, kim bilir.. "Ya bu duvarların arasında kaç gençlik boşu boşuna çürüdü gitti, nice yetenekler boş yere mahv oldu! Olduğu gibi söylemeliyim: buradaki adamlar olağanüstü insanlardı. Belki de milletimizin en yetenekli, en güçlü adamlarıydı. Bunca yetenekli adam boş yere, doğal olmayan bir şekilde, büsbütün mahvolmuşlardı. Peki. Ama kabahat kimin? Hakikaten, kimde kabahat?
İnceleme
Ölüler Evinden AnılarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202518,7bin okunma
·
49 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.