Puan vermedi·264 syf.····Okunma: 16 Aralık 2022 22:45 həyat iztirablarla dolu hekayələrə çevrilirdi. Bir-birinin eyni olan günlərin fərqli yerdən iztirab gətirməsi boyayırdı rəngli səhifələri qaraya..
Xalqımın repressiya illərində çəkdiyi ağrılı hadisələrindən biri olan “Aljir”, yaşamaq ümidinin əlindən alındığı ziyalılarımızın ailə üzvlərinə, xanımlarına, elimizin qadınlarına həsr olunub.
Əsərin verdiyi təsiri sözlərə sığdırmağı bacarmaram.
Qara siyahıya bəyaz rənglə adları yazılan düşünən beyinlərimizin qara taleyləri onları Qazaxıstanın Alkmol düşərgəsinə apardı. Əslində həyatın mənası, yaşamaq duyğusu burda sorğulandı:
“Arzulamaq və iztirab çəkmək üçün yaşamaq istəyirəm...”
İztirab çəkən qadınlarımızın başına olmazın bəlaları gəlir və düşünürəm ki, yazarın yazdığı özbaşınalıqlar, yaşanan həyat hekayələri buz dağının sadəcə görünən bir parçasıdır..
Emosiyalarıma hakim ola bilmədiyim, ağladığım və bəzən də oxumağa ürək etmədiyim bir əsər idi, gec bitirməyimə səbəb məncə budur.
Övladı əlindən alınmış ananın həyatı necə yaşamağa dəyər ola bilər ki? Hətta gələcəkdə övladından “xəyanətkarlıqda günahkar” damğalı məktub almışsa ?
Necə deyərlər, yaşamağın intihar olduğu yerdə, intihar lüzumsuz qalıb..
ALJİR – Siyasi Repressiyalar və Totalitarizm Memorial Kompleksi 2007-ci il mayın 31-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə açılıb və fəaliyyət göstərir.
17 min günahsız məhkumluq həyatı yaşayan qadınlardan 44nün azərbaycanlı olduğu məlumdur. Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Fətəli xan Xoyskinin qızı Tamara xanım, Quba qızlar seminariyasının rəhbəri Sənubər Eyyubova və onlarla ziyalı qadın bu amansız siyasətin qurbanları olmuşlar..
@ÜlviyyəTahirə yaradıcılığında uğurlar arzulayır, tarixi səhifələrimizə işıq saldığına görə təşəkkür edirəm.