Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

176 syf.
7/10 puan verdi
Mən Paul Austerəm.
Eh ədəbiyyat.. Sən nə gözəl şeysən. Bu kitabı yaşadığım şəhərin kitabxanasından tapmışam. Paul Auster'i çox uzun müddətdir ki, tanıyıram. Bakıda "New York Trilogiyası" da olmalıdı səhv etmirəmsə, almışdım öz dilimizdəki nəşrini, amma oxumaq nəsib olmamışdı. Neçə müddətdir ki, bikar qalan kimi goodreads'da Paul Auster kitablarına baxırdım, hansını oxuyub oxumamaq barədə götür qoy edirdim, bu qədər kitab arasında gedib kitabxanadan kitab götürüb oxudum ən sonda. August Brill əlil arabasına məhkum olan, qızı Miriam və nəvəsi Katya ilə birlikdə yaşayan yaşlı daydaydı. Kitabın əvvəlindən öyrənirik ki, August həyat yoldaşı Sonja'nı itirəndən sonra maşın qəzasında yerimə qabiliyyətini itirir. Miriam ərindən boşanıb və qəlbi qırıqdı. Katya'nın sevgilisi isə qətlə yetirilib. Kədərli bir tonda başlayır roman, bu cür həyat hekayəsi olan 3 insanın yığışdığı evdə kimin kimə dəstək ola biləcəyini təsəvvür etmək də çətindi, biri digərindən daha çox zədəlidi. Amma August'un bir problemi də var: yata bilmir. Yatağına məhkum şəkildə uzanır və dan yeri ağarana kimi yuxusuz qalır. Bu yuxusuz keçən gecələrdə August özünü məşğul etməyin yolunu hekayə uydurmaqda tapır. Ədəbiyyat sahəsində kritik kimi yetərincə məşhur mütəxəssis olmağı da belə bir hobbi üçün əla şərait yaradır. Uydurduğu bu hekayədə "qaranlıqdakı adam"ı tanıyırıq. August belə bir hekayə uydurur: Owen Brill adlı bir gənc gözlərini qaranlıq bir mağarada açır. Kim olduğunu, harada olduğunu xatırlamır. Yavaş-yavaş xatirələr geri gəldikcə kim olduğunu xatırlayır, amma bu mağaraya necə düşdüyünü bilmir. Bir qədər sonra onu mağaradan çıxarırlar və müharibədə çox önəmli fiqur olacağını, müharibəni bitirəcək şəxs olduğunu söyləyirlər. Söhbət real dünyada heç vaxt baş tutmamış Amerikan Vətəndaş Müharibəsindən gedir. 19-cu əsrdəkini demirəm, 2000-ci illərdə olan. Brill'in içinə düşdüyü bu yeni dünyada Bush hələ də prezidentdir, mma İraq müharibəsi baş tutmayıb, əvəzinə sivil mqharibə baş qaldırıb. Müharibənin səbəbisə.. bir yerlərdə hansısa əlil arabasına məhkum adamın bu hekayəni uydurmasıdı, uydurduqları alternativ reallığa çevrilir, Owen həmin adamı dayandırmalıdı. Bax belə. İdeya mənim üçün çox orijinal ideya idi. Bu hissəni oxuyanda beynimdə işıqlar parladı, kitab iki hadisəni paralel danışırdı, həm August'un qızı və nəvəsiylə ilişib qaldığı deöressiv evin içində olanlar, həm də yuxusuz gecələrdə August'un evindən bayıra çıxıb tamam fərqli dünya təxəyyül etdiyi Owen hekayəsi. Diqqətli oxuyanda bu iki hekayə arasındakı ilk bənzərlik izlərini görmək də olurdu. Kitab o qədər ümid bəxş edirdi ki, həyəcanlanmışdım. Amma sonra nəsə oldu.. Daha dəqiq desəm, Owen hekayəsi erkən nöqtələndi və kitabın son 80-90 səhifəsi ancaq August haqqında oldu. Owen söhbəti it-bat oldu, August o andan etibarən öz hekayəsini danışdı və sanki Owen hekayəsinin açıqlamasını verməyə başladı. Burda nəsə qopdum mən.. Yekunlaşdırım. Paul Auster böyük yazıçıdı. Müasie amerikan ədəbiyyatının bənzərsiz nümayəndəsidi. Bir Thomas Pynchon, Cormac McCarty deyil, mma onlardan sonra adını çəkməkdən çəkinməyə bilərəm, məncə. Kitab bizə Owen haqqında dnaışıb müharibə qəhrəmanı ola biləcək bir August bənzəri personaj yaradır və ikinci hissədə August'un reallıqda qəheəman olacaq qədər təmiz keçmişli mükəmməl insan olmadığından danışmağa başlayır. Bir az hamımız elə deyilik? Öz dünyamızda böyük fədəkarlıqlar etmiş qəhrəmanlar, reallıqda yanlışları olan zədəli insanlar.. Paul Auster əlimə kitabları keçdikcə həvəslə oxuyacağım çox gözəl yazıçıdı. Siz də oxuyun, bu zövqdən məhrum qalmayın.
Karanlıktaki Adam
Karanlıktaki AdamPaul Auster · Can Yayınları · 2017441 okunma
·
92 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.