Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Dərk etməyə başlayanda həyat olduqca böyük bir meşə kimi göründü gözümə. Səhərinə, gün işığına, yüngül mehinə, yamyaşıl ağaclarına, minbir çeşid gülünə aşiq olub düşündüm; yaşamağa nə var ki?! Sonra göylər güldü mənə.. Qaranlıq çökəndə elə qorxdum, o qədər sarsıldım ki, sonun bu qədər tez gəldiyinə təəccüblənib biraz da qəzəbləndim deyəsən.. Səhər eşidib zövq aldığım hər səs, gecənin qaranlığında tir-tir titrətdi ruhumu. "demək qaranlıq belə olurmuş" dedim. qorxunun ən böyük duyğu olduğunu orada öyrəndim. Mənim ilk qaranlığım. Yerə çöküb təslim oldum. Yəqin məndə belə alınmışdı. Dəqiqələr keçdi. Saatlar keçdi. Elə an gəldi ki, bəlkə adımı belə unutdum. Nəfəs almağı heç unutmadım amma. Nəfəs, mənim ümidim.. Sonra günəş yenə doğdu. Əlbəttə doğacaqdı amma əvvəlcədən bilməyən biri üçün bu, ağılalmaz idi.. O an anladım bütün yalanların doğruluğunu. Bütün təkrarların həqiqətdən gəldiyini. İlklərin çətinliyini. Sonra hər şey adiləşdi. Günü gəldi, qaranlığını gündüzündən çox sevdim dünyanın. Təklikdən qorxub ona da öyrəşdim. Nifrəti də, sevgisi də, insanı da qəbulum oldu. Öyrəndim ki, ağrısı olmadan sevgisi, sevgisi olmadan insanı olmur həyatın. Baxma, səni bu qədər incitdiyimə.. Nə qədər ki, sevgin var, ölmərəm.
Məsudə Cabbar
Məsudə Cabbar
·
108 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.