Gönderi

10/10
·396 syf.··
Beğendi
·
2022 60. kitabı
·
67 günde okudu
·
Okunma: 27 Aralık 2022 06:52
Merhaba 1K okurları! Hər millət qəhrəmanları ilə qürur duyar. Neçə oğullar qurban vermiş Vətənim azadlıq uğrunda. Şəhid qanıyla suvarılmış torpağımın hər qarışında bir igidin salnaməsi yazılıdır. Suyundan içən, havasından udan Vətən övladlarının yalnız Azərbaycan uğrunda deyil, eləcə də ona ehtiyac olunan uzaq ölkələrdə də düşmənlə mübarizə aparmağa gücü yetəri qədər var. Bu güc, yalnız qol gücü, bilək gücü deyil! Həmçinin, ürək gücü, ağıl gücüdür. Bəli, Əhmədiyyə Cəbrayılov, Fransız xalqının qəhrəmanlıq ordeni ilə təltif olunmuş Armed Mişel, Vətənimin igid oğullarından yalnız biridir. Kimdir Əhmədiyyə, ya da Fransızların ona səsləndiyi Armed? İkinci Dünya Müharibəsində bütün xalqların Alman nasizminə, faşist caniliyinə qarşı mübarizə apardığı bir dövürdə Əhmədiyyə Cəbrayılovun Fransanın azadlığı uğrunda mübarizə aparan partizanlar arasında nə işi vardı? Təsadüf idimi? Talehin oyunu idimi? Azərbaycan torpağında, ana yurdunda ürəyini "əmanət" qoyub, mübarizələrə qoşulduğu Fransaya talehi onu hansı yollarla gətirib çıxardığını oxumanızı tövsiyə edirəm. Ələxsus da belə bir qəhrəmanı bütün dünya tanımalıdır. Fransa hökümətinin o dövürdəki prezidenti Şarl de Qolun belə bütün səmimiyətiylə dərin hörmət bəslədiyi Əhmədiyyə Cəbrayılovun tarixdə buraxdığı izlərdən xəbərdar olmaq məncə vacibdir. Çox var yazmaq istədiklərim. Ancaq bəzi sərhədlərim var özüm üçün təyin etdiyim. Fransa hökümətinin azadlığı uğrunda canını ölümə ərmağan edən Əhmədiyyə, kaş bu gün sağ olaydın..Bunu nə üçün ifadə etdim? Həmvətənlərim məni çox yaxşı anlayar. Yaxşı ki, oxudum. Mütləq oxunmalı olanlar silsiləsindən... Keyiflə oxuyun:)
Kahramanlık
Armed MişelElhan Elatlı · TeasPress · 2020241 okunma
·
471 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.