Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Cəmi üç sözdən ibarət bir sual bəzən gecələrin yuxusunu qaçırır, düşündürür və düşündürür: mən nə üçün yazıram? Bu sual çox vaxt tərəddüdlər yaradır, qətiyyəti azaldır, şübhələr baş qaldırır, amma... ...amma yenə də qələmi ələ alırsan və yazırsan... Nə üçün? Bir dəfə mən atamın-İlyas Əfəndiyevin iş otağında oturub onunla söhbət edirdim. Birdən atam əli ilə divarboyu düzülmüş kitab dolablarını, rəfləri göstərib dedi: -Dünyada ki bu qədər böyük yazıçılar var, bu qədər böyük əsərlər yazılıb, biz nə üçün yazırıq? Biz ki onlardan artığını yaza bilməyəcəyik... Dolablarda, rəflərdə isə Homerin, Firdovsinun, Nizaminin, Dantenin, Şekspirin, Molyerin kitabları yan-yana dayanmışdı Doğrusu, atamın həmin sualı o anlarda məni sarsıtdı. Oxucu, bəlkə də, bu sualda qeyri-adi bir şey görməyəcək və olsun ki, elə həqiqətən də belədir, ama hər bir yazıb-pozan adam üçün bu adi, sadə sual, məncə, müstəsna sualdır, Hamletin təbirincə desəm, "OLUM, YA ÖLÜM?" sualıdır. Sonradan mən həmin suala özümçün belə bir cavab verdim və bu gün bu kiçik önsözü yazarkəndə belə düşünürəm: "Yazıçı yazarkən yalnız bir insan,bir fərd kimi özünü ifadə etmir. Hərgah yalnız belə olsaydı, onda, bəlkə, doğrudan da,Füzulidən sonra, Balzakdan, Tolstoydan sonra yazmağın mənası yox idi. Lakin hər bir yazıçı özü ilə bərabər, öz xalqını da ifadə edir. Hər hansı bir yazıçının yerinə başqası gəlib onun xalqının hiss və həyəcanlarından,psixolojisindən, əməl və arzusundan,gələcəyi naminə keçmişindən və bu günündən yazmayacaq.Bu-yalnız həmin xalqın öz doğma oğlunun işidir".
Elçin
Elçin
Mənbə: Elçin" Qırx beş ( seçilmiş hekayələr)" Bakı,"Təhsil", 2019.
·
67 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.