Ədəbiyyat səhnəsinin arxa obrazı - Qadın..
8/10
·160 syf.··
2022 19. kitabı
·
28 günde okudu
·
Okunma: 31 Aralık 2022 22:51
2022-də oxuduğum son kitabın incələməsi ilə bu ili başa vurmaq istədim. Uzun müddətdir diqqətimi çəkən kitabı axır ki, oxuya bildim. Kitabın səhifəsi az olsa da, oxumağım biraz zaman aldı. Bu həm mənim digər işlərimlə bağlı idi, həm də kitabın bəzi hissələrinin mürəkkəbliyi ilə. Bu mürəkkəblik sona doğru daha da artırdı. Amma kitabın sonluğu tam ürəyimcə oldu. Ümimilikdə, kitab qadınların ədəbiyyatdakı yeri haqqındadır. Biraz da dəqiq desək, ədəbiyyatdakı olmayan yeri haqqında. Virginianın bu əsəri onun universitetdə qadınlara söylədiyi nitqi əsasında yazılıb. Kitaba pulunuz və özünüzə məxsus otağınız olsun xitabı ilə başlayan yazar, gedişatda fikrini möhkəm arqumemtlərlə sübuta yetirir. Yazarın kitabı yazmaq üçün apardığı araşdırmalar və kitabxananın önündə keçirdiyi saatlar tam təsviri ilə kitabda öz əksini tapıb. Onun ən böyük şikayəti isə tarix boyu qadınlar haqqında çox az məlumatın kitablarda qeyd olunması idi. Yazıçı əlini atdığı kitablarda ya qadınlara qarşı qərəzli və absurd fikirlər tapırdı, ya da heç nə tapmırdı. Məhz bu səbəbdən sonda o qadınlara çox içdən bir müraciət edir. Yazın deyir, heç kimin və heç nəyin tənqidlərinə baxmayaraq yazın. Qeyd etdiyim kimi, kitab mürəkkəb kitabdır. Amma inanıram ki, ədəbiyyat dünyasının bu feminist əsərini oxumaq bizə çox şey qatacaq.
Kadın
Kendine Ait Bir OdaVirginia Woolf · İndigo Kitap · 201748,2bin okunma
·
71 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.