Hardan başlayacağımı, hisslərimi necə ifadə edəcəyimi bilmirəm. Təəssüf ki, Han Kang kimi hekayə ustası deyiləm və boğazımda toplanmış düyünü sözlərimlə əritməyi bacarmıram.
"İnsan əməlləri" 1980-ci ildə Cənubi Koreyanın Kvanju şəhərində baş vermiş üsyanın qanla yatırıldığı, insanlığın kirli tarixindən bəhs edir. Han Kang nə acındırma edir, nə də quru tarixi faktları sıralayır. O, bizi keçmişə aparır, sanki bir ruh kimi kənardan baş verənləri müşahidə etdirir, lakin əldən heç nə gəlmir.
360° kamera ilə çəkilmiş videolar kimi Donho adlı yeniyetmənin ölümünü və onu tanıyanların gözündən oxuyuruq. 6 bölümün hər birində ayrı bir şəxsin çəkdiyi ağrılara şahid olur, lakin Donho ilə tanışlığını da oxuyuruq.
Lusifer Effekti kitabını oxumaq istəməyimin səbəbini bu kitab yenidən mənə xatırlatdı. Sadəcə əmr aldıqlarına arxalanan insanlar nələr edə bilərlər?
"Unutmamışam - hər gün qarşılaşdığım varlıqların insan olduqlarını. Bu söhbətə qulaq asan siz də insansınız, mən də".
Kitabı oxuduqca, mən də obrazlar kimi özümə sual verməkdən yayına bilmədim. Niyə? Axı niyə insan insana qəddarlıq etməkdən çəkinmir? Niyə bütün bu qırğınlar baş verir? Və cavab ala bilməmək insanı məhv edir.
İnsan ƏməlləriHan Kang · Strauss Nəşriyyat · 20222,122 okunma