Oğurlanıb palto, üşüyür ədəbiyyat
9/10
·72 syf.··
2019 1. kitabı
·
1 saatte okudu
·
Okunma: 06 Haziran 2019 00:00
Bu əsəri oxuduqdan sonra uşaq vaxtı üz qapağındakı şəkil xoşuma gəldiyi üçün tez-tez oxuduğum, ancaq hər dəfəsində də kədərləndiyim, təəssüf ki, müəllifini xatırlamadığım "Toxundan ölən adam" hekayəsini xatırladım. Bir milyonçu dostları ilə əylənmək üçün ac-yalavac kafe və restoranların kandarında dolaşan bir evsizi masasına dəvət edib yedizdirir və çoxlu içki verir. Bu vaxta qədər bir tikə çörəyə sevinən adamı dayanmadan yedirdir, içirdirlər... Sonda isə o, toxundan ölür. Hər hansısa bir əşyanı - bu geyim, oyuncaq, zinət əşyası, texnika və s. ola bilər - uzun müddət istədikdən sonra onu əldə etdikdə o ən dəyərli "varlığımıza" çevrilir. Ancaq həmin şeyin miqdarı və ya ona olan istəyimiz ifrata vardıqda həmin o dəyər sanki məxrəcə düşür və surətdə olan mənliyimizi dəyərsizləşdirir. Akaki Akakiyeviç dayanmadan çalışdı ki, istədiyi yeni paltonu ala bilsin. Aldı da. Ancaq ona o qədər dəyər yüklədi ki, onu itirdikdə həyatı da alt-üst oldu. Müraciət etdiyi qapılar isə onun üzünə bağlandı. Bəs onun kabusu niyə oğruları tapmadı, "vacib şəxsiyyətin" izinə düşdü? Çünki pisliyə göz yuman da onu edənlə eynidir. Akaki paltoya o qədər dəyər yüklədi ki... Əvəzində isə özünü o qədər sıxdı, o qədər dəyərsizləşdirdi ki, yumağa döndü, kiçildi, istədiyi paltonun içərisində itib batdı. Oğurlanan palto deyildi bu hekayədə. Özümüzə verdiyimiz dəyər, qiymət, hörmət və şəxsiyyətimiz idi. Fransız yazıçısı və ədəbiyyatşünası Ejen Melxior de Voqyue dediyi kimi (çox vaxt bu sözün F.Dostoyevski tərəfindən deyildiyini sanırlar), hamımız Qoqolun Paltosundan çıxmışıq. Bəli, itirmişik paltonu, oğurlayıblar onu... Dəyərlərimiz, insanlığımız, ruhumuz kimi. #NikolayQoqol #Şinel #Palto
Edebiyat
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201746,2bin okunma
·
43 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.