Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

174 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Bu dünyada Müşfiq vardı, bu dünyada yenə vardır! (Ə.Kərim)
Nə yazım, kitabı oxuyarkən hiss etdiklərimi necə ifadə edim bilmirəm ki... Belə ki, nə isə yazmağa da ehtiyac varmı?! O, Müşfiqdir. Belə bir şəxsiyyəti kiçik kəlmələrə necə sığdıra bilərəm ki... Lakin kitabın məndə yaratdığı təəssüratların bir qismini yazmaq istəyimə də mane ola bilmirəm. Məni tanıyanlar Mikayıl Müşfiqi necə sevdiyimi bilir az-çox. Ədəbiyyatımızı, demək olar, bütün şair və yazıçılarımızı sevməyimə rəğmən, Müşfiqin qəlbimdə xüsusi bir yeri vardır. Hər dəfə şeirlərini təkrar-təkrar, yenidən oxuduğumda daha çox heyran oluram qələminə, nikbinliyinə, həyat eşqi ilə coşub-daşan misralarına... "Müşfiqli günlər(im)" Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin Müşfiqli günlərinə aid xatirələridir. O xatirələr ki, Dilbər onları ömrünün "bahar fəsli" adlandırır. Bu xatirələrdə Müşfiqi təkcə şair kimi deyil, həyat yoldaşı, övlad, qardaş, dost, müəllim kimi tanımaq imkanı əldə edirik. Müşfiqlə keçirdiyi qısa həyatını belə ifadə edir Dilbər:"Müşfiq elə bir nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşğun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi..." Bəlkə uzun illər birlikdə həyat sürə bilmədilər, ancaq o, yalnız  Müşfiqin xatirələri ilə yaşadı... Kitabda Dilbər özünü arxa planda, sadə təsvir etsə də, onun necə vəfalı bir dost, həyat yoldaşı olduğunu müşahidə edirik. O, Müşfiqin məhəbbəti, ilhamı, həyat eşqi idi: "Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!" Dilbərə olan sonsuz məhəbbəti Müşfiqi məhəbbət əsirinə çevirmişdi. O, öz məhəbbətinin əsiri olmağı ilə fəxr edirdi... (Kitabda həmçinin Müşfiqin şagirdlərinin, qələm dostlarının xatirələrinə də yer verilmişdir.) Daha əvvəl oxuyub təsirləndiyim bir çox kitab olsa da, bu kitabın tamam fərqli, xüsusi bir yeri oldu mənim üçün. Yaşanılmış gözəl, xoşbəxt günlərin xatirələrini  oxuduqca, sanki mən də o günlərə gedir, Müşfiqin səsindən şeirlərini dinləyirdim. Qarışıq duyğularla; gah göz yaşları ilə, gah da yarı hüznlü bir təbəssümlə çevirirdim səhifələri... Bitirdiyimdə isə hiss etdiyim iki şey var idi: yanaqlarımı isladan ilıq göz yaşlarım və boğazımdakı qəhər... ...İndiyədək sadəcə şeirləri ilə tanıyırdım onu. Şeirlərindən yola çıxaraq necə bir insan, şəxsiyyət olduğunu təsəvvür etməyə çalışırdım. İndi isə təsəvvürlərimin necə də sönük, zəif qaldığını fərq etdim... O, Müşfiqdir!.. Müşfiq... Mənim gözəl qəlbli, incə ruhlu, qəlbi yaşamaq, yaratmaq eşqi ilə döyünən, nakam şairim...  Ruhun şad olsun! Hər kəs bilir, həyatın sonu ölümdür, Ah, bu qəmli dəyişmə yaman zülümdür. Şeirim! Bu gülünc oyun bəllidir, yarın                    bizi də bəklər; Sən də öl mənim kimi, fəqət məzarın                    olsun ürəklər!
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
Yazımı S.Rüstəmin Müşfiqə həsr etdiyi şeiri ilə sonlandırmaq istəyirəm: "Müşfiq! Məni bir dinlə ötüb keçsə də illər, Xatırlayacaqdır səni hörmətlə nəsillər. Xoşbəxtsən, əzizim, vətəninçin dirisən bax, Öz millətinin alnıaçıq şairisən bax! Müşfiq, səni gəl bir də basım bağrıma, bir də. Şair kimi, insan kimi, yox ölməmisən sən, Müşfiq səni, dostum, təbrik edirəm mən!"
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019278 okunma
·
342 görüntüleme
Kitabsever okurunun profil resmi
💙🌹 İncələmə üçün təşəkkürlər, Vəfam.
Vəfa Hafiz okurunun profil resmi
Vaxtını ayırıb oxuduğun üçün mən təşəkkür edirəm.😍🌸✨
3 sonraki yanıtı göster
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.